Azərbaycanda məşğulluq və inkişaf təlimçilərinin milli şəbəkəsi yaradılıb

29 aprel, 2017 0 1 339


Azərbaycanda məşğulluq və inkişaf təlimçilərinin milli şəbəkəsi yaradılıb


28 Aprel 2017-ci il tarixində ASAN Təlim Mərkəzində “Məşğulluq və İnkişaf Təlimçilər Şəbəkəsi” İctimai Birliyinin təsis edilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə məşğulluq və inkişaf sahəsində fəaliyyət göstərən peşəkar təlimçilər, dövlət qurumları və sosial tərəfdaşlar, beynəlxalq təşkilatlar və özəl qurumların nümayəndələri iştirak ediblər.
AzNews.info-nun məlumatına görə, tədbiri giriş sözü ilə “Məşğulluq və İnkişaf Təlimçilər Şəbəkəsi” İctimai Birliyinin təşəbbüs qrupunun rəhbəri, Beynəlxalq Əmək Təşkilatının master təlimçisi Azad Rəhimov açıb. O, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamı ilə ölkədə dövlət səviyyəsində özünüməşğulluq proqramının icrasına başlandığını, bu proqram çərçivəsində Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlıq çərçivəsində beynəlxalq standartlara cavab verən təlim materialları əsasında 138 təlimçi hazırlandığını qeyd edib. Bu proqramın icracısı olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, sosial tərəfdaşlar və BƏT nümayəndələri ilə aparılmış məsləhətləşmələr nəticəsində özünüməşğulluq proqramının davamlı inkişafını təmin etmək məqsədilə təlimçilərin peşəkar qurumda birləşməsi tövsiyə edilib. Özünüməşğulluq proqramı çərçivəsində hazırlanmış “Öz Biznesini Başla və Təkmilləşdir” (ÖBBT) təlimçiləri məsələni müzakirə edərək ÖBBT təlimçilərinin də daxil olduğu “Məşğulluq və İnkişaf Təlimçiləri Şəbəkəsi” İctimai Birliyinin yaradılmasını qərara alıblar.
Tədbirin açılış panelində çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Mətin Kərimli bu təşəbbüsü yüksək qiymətləndirdiklərini, ÖBBT təlimçilərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BƏT arasında olan əməkdaşlıq çərçivəsində hazırlandıqlarını qeyd edib. Nazir müavini Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamı ilə həyata keçirilən özünüməşğulluq proqramının icrasının uğurla davam etdiyini, artıq bu prorqamın beynəlxalq səviyyədə yüksək qiymət aldığını, BƏT tərəfindən “müsbət təcrübə” kimi tanındığını və digər ölkələrə tövsiyə olunduğunu bildirib.
Müzakirələrdə AR həmkarlar ittifaqları konfederasiyası nümayəndəsi Namiq Hüseynov, BMT nümayəndəsi Gülarə Hümbətova, BƏT–in Azərbaycan üzrə ölkə əlaqələndircisi Yaşar Həmzəyev və başqaları çıxış ediblər. Çıxış edənlər bu qurumun ölkəmizdə həyata keçirilən məşğulluq və inkişaf layihələrinin icrasına, xüsusilə BMT-nin Davamlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsinə mühüm töhfə olacağını, təlim sahəsində peşəkar standartların hazırlanmasında və yeni təlimçilərin hazırlanmasında aparıcı rol oynayacağına ümid etdiklərini bildiriblər.
Açılış panelində “Məşğulluq və İnkişaf Təlimçiləri Şəbəkəsi” İctimai Birliyinin təşəbbüs qrupunun üzvü, ÖBBT təlimçisi Könül Hüseynova təşkilatın konsepsiyası, məqsədləri, nəzərdə tutulan tədbirlər haqqında geniş təqdim edib.
Tədbirin ikinci hissəsində “Məşğulluq və İnkişaf Təlimçilər Şəbəkəsi” İctimai Birliyinin təsis edilməsi, İctimai birliyin nizamnaməsinin təsdiq edilməsi, İctimai Birliyin nizamnaməsinə uyğun olaraq idarəetmə və icra orqanları təşkil edilməsi, İctimai birliyin təsis sənədlərinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsi üçün təsisçilərindən olan qanuni təmsilçi təyin olunması məsələlərini müzakirəyə təqdim edilib və müvafiq qərarlar qəbul edilib. Qərara əsasən, “Məşğulluq və İnkişaf Təlimçilər Şəbəkəsi” İctimai Birliyi təsis edilib və qeydiyyat üçün qanuni prosedurların icrasına başlanıb.

Azərbaycanda məşğulluq və inkişaf təlimçilərinin milli şəbəkəsi yaradılıb
Azərbaycanda məşğulluq və inkişaf təlimçilərinin milli şəbəkəsi yaradılıb
Azərbaycanda məşğulluq və inkişaf təlimçilərinin milli şəbəkəsi yaradılıb












HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
AzNews.info
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə