HR-AZ.com portalı MilliNet-in nominantı adını qazandı

03 dekabr, 2017 0 702


HR-AZ.com portalı MilliNet-in nominantı adını qazandı


Azərbaycanın İnsan Resursları haqqında ilk portalı sayılan HR-AZ.com Milli İnternet Mükafatının Nominantı seçilib.

HR-AZ.com müsabiqənin rəsmi veb saytına istinadən xəbər verir ki, Milli İnternet Mükafatı - Milli Net 2017 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa çatıb. Bu il Müsabiqəyə 18 Nominasiya üzrə 392 internet resurs təqdim edilmişdi.
Onlardan yalnız Qaydalara uyğun olan 291 resurs Müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib.

Bu il ilk dəfə olaraq mobil tətbiqlər və sosial media resursları ayrı nominasiyalarda müsabiqəyə qəbul edilib.
Müsabiqəyə qəbul olunan 186 sayt, 45 mobil tətbiq və 60 sosial media resursunun 1-ci mərhələ qiymətləndiriıməsində 23 nəfərlik Münsiflər Heyətindən 22 münsif iştirak edib.

Səsvermənin 1-ci mərhələsinin yekun nəticələri əsasında Milli Net TK -nın qərarı ilə 18 Nominasiya üzrə 291 resurs arasından ən yaxşılar olan 96 internet resurs ( 53 sayt, 26 mobil tətbiq və 17 sosial media resursu ) Nominant statusu alıb.
Bu internet resurslar 2-ci qiymətləndirmə mərhələsində mübarizəni davam etdirəcəklər. Nominantların tam siyahısı www.millinet.az da yerləşdirilib.

Səsvermənin 2-ci mərhələsi 04 dekabr tarixdə başlayacaq və 15 dekabr tarixdə başa çatacaq. Bu mərhələdə münsiflər saytları mövcud Meyarlar üzrə daha dərindən araşdıraraq qiymətləndirəcək və verdikləri qiymətləri əsaslandıracaqlar. 2-ci səsvermənin nəticəsindən asılı olaraq hər Nominasiya üzrə qaliblər seçiləcək.

Milli İnternet Mükafatının ənənəvi yekun Təqdimat mərasiminin 20 dekabr tarixdə keçirilməsi nəzərdə tutulub. Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.

Müsabiqədə 18 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.
2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar təqdim olunacaq.
Qaliblərə həmçinin hədiyyələr təqdim olunacaq.
Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.
MilliNet-in Baş sponsoru Azertelecom şirkətidir.
Müsabiqəyə LENOVO, BestComp, NOVA, NEURON və Yello şirkətləri də dəstək verirlər. .











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Millinet.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə