Herzberg'in İki - Faktor nəzəriyyəsi

23 aprel, 2017 0 2 693


Herzberg'in İki - Faktor nəzəriyyəsi


Motivasiya nəzəriyyələrinin inkişafına kömək edən şəxslərdən biri də Frederik Herzberg olmuşdur. Herzberg də eynən Maslou və Alderfer kimi, motivasiyanın təməlində təlabatların olduğunu söyləmişdir.

Frederik Herzberg “İki – Faktor” nəzəriyyəsini 1950 – ci illərin sonu və 1960 – cı illərin əvvəllərində inkişaf etdirmişdir. Herzberg və dostları Pittsburghda təxminən 200 mühəndis və mühasibdən ibarət qrupla görüşərək, onlara keçmişdə işlədikləri zamanlardan özlərini xüsusilə məmnun və motivə olmuş hiss etdikləri və tam tərsi olan vəziyyətləri xatırlamalarını istəmişdir. Daha sonra da hiss etdikləri bu yaxşı və ya pis duyğuların nələr olduğunu onlardan ifadə etmələrini söyləmişdir. Alınan cavablar qeydə alınmış və analiz edilmişdir. Nəticədə, işçilərin məmnunluq və kifayətlənməmə (narazılıq, məmnun olmama mənasında.) ilə bağlı verdikləri cavablardan iki fərqli anlayışın olduğu müəyyənləşdirilmişdir.
Araşdırmanın nəticələrinə görə “qoruyucu faktorlar” və “motivəedici faktorlar” olmaqla iki fərqli faktor qrupunun olduğu və iş yerindəki insanları fərqli şəkillərdə təsir altına aldığı müəyyən edilmişdir.
1. Qoruyucu faktorlar - işçilərin məmnun olmama və motivasiya əksikliyinin səbəbləri haqqındakı suallara verdikləri cavabların nəticəsində əldə edilmişdir. Bunlar maaş, iş təhlükəsizliyi, işləmə şərtləri, şirkət siyasəti və idarəsi, yoxlamanın (nəzarətin) səviyyəsi və xüsusiyyəti, şəxslərarası münasibətlərdir. Buna görə də əgər iş yerində qoruyucu faktorlar yoxdursa işçilər narazılıq, məmnuniyyətsizlik yaradan ünsürləri ifadə edirlər.
2. Motivəedici faktorlar - bura müvəffəqiyyət hissi, tanınma, məsuliyyət, işin inkişafı və fərdi inkişaf, yüksəlmədir. Motivəedici faktorlar işçilərin motivasiya və məmnunluq hissilərinin ifadəsidir. Buna görə çalışanların bu faktorları açıqca görmələri və hiss etmələri motivə olmalarına səbəb olacaqdır.
Herzberg bu nəzəriyyəsində digər Maslou və Alderferin nəzəriyyələrinin əksinə təlabatları ayrı kateqoriyalarda deyil, iki fərqli faktorda qruplaşdıraraq ifadə etmişdir. Buna görə də qoruyucu faktorlar içindəki təlabatların qarşılanması şəxsdə məmnunluq hissi yaratmazkən qarşılanmaması narahatlıq hissi yaratmaqdadır. Bunun əksinə olaraq motivəedici faktorlar içindəki təlabatlar qarşılanmadıqda şəxs məmnun olmayacaq, lakin eyni zamanda narahat da olmayacaqdır.
Herzberg mədəniyyət fərqliliklərinə baxmayaraq motivəedici və qoruyucu faktorların işçilərə bənzər şəkildə təsir etdiyinə inanmaqdadır. Bununla bağlı müxtəlif ölkələrdə ( ABŞ, Yaponiya, Finlandiya, Macarıstan, İtaliya ) edilən bəzi araşdırmalar bunun doğruluğunu sübut edir. Herzbergin nəzəriyyəsi günümüzdə hələ də idarəçilər tərəfindən istifadə olunur.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Motivasiya.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə