İş həyatında sıx rastlanan xətalar...

25 aprel, 2017 0 1 307


İş həyatında sıx rastlanan xətalar...


Məktəbi bitirib iş həyatına başlayan gənclər bu yeni dünyada özlərini sudan çıxmış balıq kimi hiss edərlər. Təcrübəsizliyin təsiriylə iş həyatlarının ilk illərində bir çox səhvlər edər və bu səhvlər də bəzən karyera üçün mənfi bir xatirə olaraq yaddaşlarda qalar. Gənc işçilərin sadə səhvləri üçün tövsiyələr bunlardır:

1. Danışmaqdan qorxmayın
İstər icazə almaq, istər bir düşüncənizi söyləmək, istəsəniz də ünsiyyət qurmaq üçün olsun iş yerində özünüzü ifadə etməyiniz vacibdir. Özünüzə daha çox güvənər, bunu da professional və hörmətli bir şəkildə etsəniz həmkarlarınız daha çox təsirlənəcəkdir. Öz dəyərinizi bilin və yaşınızın ya da təcrübəsizliyin sizə pis təsir göstərməsinə icazə verməyin.

2. Sadəcə işinizlə məşğul olun
Bəlkə də, bütün günü bəzilərinin sizin nə etdiyinizi araşdırdığını ya da sizinlə maraqlandığını düşünürsünüz, lakin gənc bir professionalsınızsa kompüter ekranının qarşısında çox oturmamağa cəhd edin. Bunun sayəsində müxtəlif saytlar, şəxsi e-poçt və digər işlə əlaqədar olmayan internet saytları üçün xərclədiyiniz zamanı məhdudlaşdırmış olarsınız.

3. Geyim tərzinizə diqqət edin
Bəzən gənc bir professional olaraq ciddi olmaq çətin və darıxdırıcı ola bilər. Özünüzü təqdim etmə zamanı davranışlarınız ilə geyim tərziniz sizə kömək də edə bilər, zərər də verə bilər. Çox köhnə ya da təmtəraqlı paltarlar geyinsəniz iş yoldaşlarınıza səhv mesajlar göndərə bilərsiniz. İş yeri moda göstərəcəyiniz bir yer deyil.

4. Əhatə dairəsinin məhdudluğu
Fədakar bir şəkildə çalışmaq professional iş həyatında əhəmiyyətli bir şərtdir. Lakin professional bağlantılar da sizin bir sonrakı işiniz, ya da tanınmağınız üçün olduqca önəmlidir. Bir çox gənc çalışan əlaqə qurmaqdan və girişkən görünməkdən qorxur. Ancaq bu iş dünyasının adət edilmiş bir qaydasıdır.

5. Qeybət etmək
İş yerinizdə dedi-qoduları paylaşmaq yerinə iş yoldaşlarınızla dərd ortağı olmaq hər zaman daha yaxşı bir vasitədir. Ancaq bunu vərdiş halına gətirmək və digər həmkarlar ilə gərginliyə yol açmaq təhlükəli bir vərdişdir. Əgər digər yoldaşlarınız dedi – qodu və ya şikayətlər üçün sizə gəlsə onlara qatılmayın və tərəfsiz qalın.

6. İşə gecikməyin
Ofisdə ən çalışqan adam ola bilərsiniz. Lakin işə davamlı olaraq geciksəniz, nə qədər çalışsanız çalışın qarşınızdakı insana tənbəl olduğunuz təəssüratını verərsiniz. İnsanlar gecikənlərə ya da işə erkən gələnlərə diqqət edər və sizin haqqınızda bir fikir meydana gətirərlər. İşə gecikmək üzürlü səbəblərdən dolayı belə olsa zamanla bütün etibarınızı itirə bilərsiniz.

7. Özünüzə çox güvənməyin
Gənc mütəxəssislər arasında yüksək özgüvən geniş yayılmış bir səhvdir. Bu vəziyyət bəzən yeni məzunlar üçün çətinlik yarada bilər. Sektordakı təcrübəli kəslər ilə yeni məzun peşəkarlar arasında davamlı bir çəkişmə var. İş yerində kifayət qədər gözə girməmişsinizsə təcrübəli, ikitərəfli əlaqələri daha möhkəm olan köhnə işçilərin bir addım daha qabaqda ola biləcəyini unutmayın və qürurlu davranmayın.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Motivasiya.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə