Kouçla çalışmaq üçün 33 səbəb

24 may, 2017 0 1 613


Kouçla çalışmaq üçün 33 səbəb


Kouçinq – insanın inkişafını, məhsuldarlığını və maariflənməsini artırmağa yönəlik əməkdaşlıq sənətidir. Olduqları yerdən narazı və narahat olan insanlar həyatlarında müsbət dəyişikliklər yaratmaq məqsədi ilə könüllü, şüurlu və planlı şəkildə bu prosesə daxil olaraq, yüksəlmək istədikləri inkişaf pillələrinə çatmaq üçün kouç adlanan şəxsi inkişaf müəlliminin müşayiəti ilə ruhi və zehni səyahətə başlayırlar. Kouçinqin əsas məqsədi – bu xidməti alan şəxsin (coachee – koçi) potensialının kəşf olunması, özünə inamının və motivasiyasının artırılması, bacarıq və imkanlarının inkişaf etdirilməsi, ona mane olan sərhədlərin və sədlərin yıxılaraq, performansının maksimuma çatdırılmasıdır. Kouçinq prosesinə daxil olan şəxslər həyatlarının, gələcəklərinin, düşüncə, davranış və addımlarının məsuliyyətini öz üzərinə götürərək, daha böyük özünəinam və həvəslə şəxsi həyatlarında nizam-intizam yaratmağa başlayırlar.
Həyatdakı statusundan, zənginlik səviyyəsindən, təhsil və ya dünya görüşündən asılı olmayaraq hər bir şəxs – iş adamları, yüksək vəzifəli rəhbərlər, siyasətçilər, idmançılar və ya özünü sıravi vətəndaş kimi görənlər – kouçla əməkdaşlıq edə bilər. Bir çox ölkə başçılarının və böyük şirkət rəhbərlərinin kouçlarla işlədiyi artıq bilinən həqiqətdir.
Kouçlar müasir cəmiyyətin lokomotivi funksiyasını görən peşə sahibləridirlər. İnkişaf etmiş cəmiyyətlərdə kouç xidmətlərinə tez-tez müraciət olunduğu bilinən həqiqətdir. Sevindirici haldır ki, son illərdə ölkəmizdə də beynəlxalq sertifikasiya sahibi kouçların sayı artmaqda və insanlarımız da bu xidmətə daha çox rəğbət göstərməkdədirlər.

Kouçla çalışmaq bizə nələr verəcək?
1. Həyatımıza məna yükləməyə nail oluruq;
2. Həyata daha çox bağlanır və onun hər anını doya-doya yaşamağa çalışırıq;
3. Həyatda necə əylənməyi və ondan həzz almağı öyrənirik;
4. Şəxsi və iş həyatımızda balans qurmağı öyrənirik;
5. Hal-hazırda olduğumuz mənəvi-ruhi-zehni səviyyənin fərqinə varır, yüksəlmək istədiyimiz inkişaf mərhələlərini müəyyən edib, bizi qanadlandıracaq yeni və ambisiyalı hədəflər təyin edirik;
6. Daxili dialoq kanallarını açıb, özümüzü daha yaxından kəşf etmə yollarını öyrənirik;
7. Özümüzə və ətrafımıza faydalı insana çevrilirik;
8. Həyatımızdakı prioritetləri və bizim üçün nələrin önəm daşıdığını tamamilə aydın dərk edirik;
9. Öz güclü tərəflərimizi tanıyır və onlardan əminliklə istifadə edirik;
10. Dəyərlərimizin fərqinə varır və bu dəyərlər bütün işlərimizdə mihəng daşına çevrilir;
11. Səhv və uğursuzluqlarda böyük fürsətlər gizləndiyini anlayırıq;
12. Riskləri sevməyə və ona meydan oxumağa başlayırıq;
13. Həyatda əldə etmək istədiyimiz şeylərə doğru daha cəsarətlə irəliləyirik;
14. Bizi həvəsdən salacaq, depresiyaya sürükləyəcək və ən əsas da, heç bir faydası olmayan mənfi insan, hadisə və ya xəbərlərə qulağımızı bağlayırıq;
15. Emosional zəkamızın üzərində davamlı şəkildə çalışır və emosional sabitliyə can can atırıq;
16. Ətrafa davamlı şəkildə müsbət enerji yaymağa çalışaraq, olduğumuz mühitin emosional iqlimini mülayimləşdiririk;
17. Əvvəlcə anlamağın, sonra isə anlaşılmağın vacibliyini dərk edirik;
18. Davamlı şəkildə öz üzərimizdə işləyir, daim irəliləyir və önəmli işlərə imza atırıq;
19. Biz dəyişdikcə ətrafımızdakı insanların da dəyişdiyini hiss edirik;
20. Artıq daxilimizdəki tənqidçi bizi qorxutmur – onu susdurmağı bacarırıq;
21. Başqaları ilə deyil, özümüzlə yarışırıq. Artıq bizim üçün başqalarının uğur və ya uğursuzluqları deyil, öz uğur və uğursuzluqlarımız maraqlıdır;
22. Özümüzü motivasiya etmə bacarığına sahib oluruq;
23. Gündəlik söz tərkibimizdə pozitiv sözlərin sayı neqativ sözləri qat-qat üstələməyə başlayır;
24. Daha çox dinləyib, daha az danışmağın vacibliyini öyrənik;
25. Tənqidçi deyil, təhlilçi olmağa çalışırıq;
26. “Yox” deməyin vacibliyini öyrənirik;
27. Baş verməsi şübhə altında olan hadisələrə görə daha az narahatlıq keçiririk. Bizim üçün vacib olan indiki zaman və bu andır;
28. Keçmişimizdə deyil, bu günümüzdə yaşayıb, daha gözəl gələcəyi qurma yollarını axtarırıq;
29. Nikbinliyimiz və ideyalarımız dolub-daşır;
30. Həyatdakı gözəllikləri görməyi bacarır və onlara dəyər veririk;
31. Sadəcə biolojik varlıq olmaqdan qurtulub, mənəvi və zehni tərəfimizlə parlayan İNSANa çevrilirik;
32. Öz həyatımız və sahib olduqlarımız üçün səmimi minnətdarlıq hissi duyuruq;
33. Nəhayət, özümüzlə barışıq içərisində yaşamağı öyrənirik.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Coaching.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə