Psixologiyanı pozan peşələr hansılardır?

24 aprel, 2017 0 1 444


Psixologiyanı pozan peşələr hansılardır?


İş yerində 5 ildən çox vaxt keçirmək onun sizin şəxsi həyat və keyfiyyətlərinizə, əsəb sisteminizə və psixologiyanızda iz qoyması üçün kifayətdir. Üstəlik də, adəətn bu izlər mnfi xarakterli olur. Bs əsəbləri daha çox sıradan çıxaran və psixologiyanıza zərər vuran peşələr hansılardır?

Hüquqşünas

Qaydalara əsasən, bu peşəni əksər hallarda diqqətcil və şübhəcil insanlar seçirlər. Zamanla bu keyfiyyətlər özünü absurd səviyyəyə çatdırır və kifayət qədər normal insanları elə həddə çatdırır ki, onlar öz şəxsi həyatlarında belə nələrəsə dlil və sübut axtarmağa başlayırlar.

Mühasib

Mühasiblərin işində hər şey çox dəqiqliklə və standart şəkildə təşkil edilib. Bu səbəbdən də istənilən yenilik və ekstremallıq onlarda qorxu və gərginliyə səbəb olur. Zamanla bir çox bu peşə sahibləri dözülməz və qaş-qabaqlı bir şəxsə çevrilirlər. Bunun qarşısını almaq üçün isə mühasib vəzifəsində çalışan şəxslər mütəmadi olaraq işdən bir qədər uzaqlaşmalı və insanlarla real ünsiyyət qurmalıdırlar.

Həkim

Bu öz peşə müddəti ərzində ciddi xəstəlik, əzab və ölümlə qarşılaşan həkimlik növünə aiddir. Həkim xəstə baxımından üzərinə böyük məsuliyyət götürür. Bir çox hallarda həkimlərin soyuqqanlığı onların stressdən uzaq olmalarına xidmət edir. Psixoloqlar belə həkimlərə daxili əzab və böhranlarını yaxın insanlarla bölüşməyi məsləhət görürlər.

Jurnalist

Jurnalist peşəsini seçən insanlar qaydalara görə çox ciddi və kölgədə qalan insanlar olur. Lakin bu “kölgədə qalmaq” onların şəxsi həyatlarına və şəxsi keyfiyyətlərinə sirayət etdikdə demək vəziyyəti dəyişmək zamanıdır.

Psixoloq

Sirr deyil ki, psixoloq olmağa qərar verən insanlar ilk olaraq gələcək pasientlərinin deyil, öz daxili problemlərinin öhdəsindən gəlməyə çalışırlar. Fakta əsasən, daim digərlərinin problemlərinə və “etiraflarına” köklənməklə insan özünü diqqətdən kənarda qoyur və bir çox əngəl və problem həll edilməmiş olaraq qalır.

Satış üzrə menecer

Məhsul satmaq, üstəlik də faydası bir o qədər də olmayan – xüsusi bacarıq tələb edir. Satış üzrə menecer müəyyən baxımdan hiyləgər olmalı və sözün yaxşı mənasında aldatmağı bacarmalıdır. Zamanla peşə vərdişləri belə insanların gündəlik davranışalrına təsir etməyə başlayır. Belə ki, onlar yaranmış müəyyən vəziyyətlərdə özlərinə sərf edən nəticəni əldə etmək üçün “peşə vərdişlərinə” müraciət edirlər.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Banker.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə