Azərbaycan Beynəlxalq Bankı Rəqəmsal İnnovasiyaların tətbiqi departamentinə QA tester vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmaq imkanı
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.
İşəgötürən:
Azərbaycan Beynəlxalq Bankı
İş barədə məlumat:
• Biznes proseslərin manual testinin avtomatlaşdırılması;
• Servis testlərin icra edilməsi;
• Manual testlərin icra edilməsi;
• Test keys və Test planın hazırlanması;
• Test avtomatlaşdırılan proseslərin monitorinqinin həyata keçirilməsi;
• Servis testlərinin avtomatlaşdırılması.
Namizədə tələblər:
• Ali təhsilli;
• Minimum bir il iş təcrübəsinə sahib;
• Bank proseslərini bilən və təcrübəyə sahib (arzuolunandır);
• Java üzrə təcrübəyə sahib;
• Oracle, MySql, PostgreSQL üzrə təcrübəyə sahib;
• QA(Manual - Avtomatlaşdırılma) Test sahəsi üzrə biliklərə sahib;
• CI sahəsi üzrə Jenkins ve ya Bamboo sahəsi üzrə biliklərə sahib;
• BPM / Ibus üzrə biliklərə sahib (üstünlükdür);
• Postman və SOAPUI bilən və təcrübəyə sahib;
• Selenium və Appium bilən və təcrübəyə sahib;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini
cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “QA tester” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com