İş barədə məlumat
• İllik təlim planının hazırlanmasının təşkili, plana uyğun və plandan kənar daxili və xarici təlimlərin idarə edilməsi;
• Təlim iştirakçılarının qeydiyyatı, məlumat bazasının və təlimçi bazasının formalaşdırılması və inkişafı, təlim qruplarının idarə edilməsi;
• Təlimlər, attestasiyalar və qiymətləndirmə proseslərinin təşkili, nəticələrin idarə edilməsi, sənədləşmə, daxili proqram təminatında qeydlərin aparılması və hesabatların hazırlanması;
• Seminar, forum, konfrans və təcrübə mübadiləsi proqramlarında iştirakın təşkili, xarici təlim mərkəzləri ilə əməkdaşlıq, danışıqların, sənədləşmə və ödənişlərin idarə edilməsi;
• Yerli və xarici Universitetlər ilə əlaqələrin qurulması, inkişaf və təcrübə proqramlarının təşkili;
• Əməkdaşların məmnunluq və bağlılıq sorğularının təşkili, nəticələrin təhlili və inkişaf planlarının hazırlanması;
• Fəaliyyət sahəsinə aid qayda, prosedur və korporativ aktların hazırlanması və yenilənməsi, effektivliyin artırılması üzrə təkliflərin verilməsi və icrası;
• İstedadların idarə olunması və davamçıların yetişdirilməsi təşəbbüslərinə dəstək və koordinasiya;
• Karyera planlaması layihəsinin hazırlanması və həyata keçirilməsi prosesinə dəstək;