İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 3-5 il
Təhsil: Ali iqtisadi təhsil
İşin Təsviri:
Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarətin təmini.
İşəgötürən:
HR Option
İş barədə məlumat:
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkilini həyata keçirmək və prosesə nəzarət etmək;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunun, mühasibat uçotu hesablarında onların hərəkətinin, istehsal dövriyyəsinin və xərclərinin, xərclər smetasının hazırlanmasının, məhsulun satışının, iş və xidmətlərin yerinə yetirilməsinin, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkilini həyata keçirmək və prosesə nəzarət etmək;
- Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
- Vergi, DSMF, Statistika hesabatlarını təqdim etmək;
- Vergi tutma məqsədləri üçün gəlir və xərclərin uçotunu aparmaq;
- Vergi orqanları ilə görüşlərdə iştirak etmək və yazışmalar həyata keçirmək;
Namizədə tələblər:
- Debitor və kreditorlarla hesablaşmalara nəzarət etmək.Tələblər:- Vergi Məcəlləsi üzrə biliklərin olması;
- ACCA, CIMA və IFRS üzrə biliklərin olması arzu olunandır;
- Riyazi hesablama aparma və analitik təhlil etmə qabiliyyəti;
- e-gov.az, taxes.gov.az, gov.az və digər portallardan istifadə etmə bacarığı;
- MS Excel proqramında yüksək səviyyədə işləmə bacarığı.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Maraqlanan namizədlər CV-lərini mövzu başlıq yerinə “Vergi uçotu üzrə Mühasib” yazaraq
cv@hroption.az ünvanına göndərə bilərlər.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com