Azərbaycanın ilk İnsan Resursları portalı

Aktiv vakansiyalar

Yeni elanlar hər gün əlavə olunur. Uyğun elanın üzərinə klikləməklə ətraflı məlumata keçin.

VAKANSİYAOperativ nəzarət şöbəsinin mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssisi

İşəgötürən: Kapital BankŞirkətin bütün vakansiyalarına bax →
02 mart, 2021 0 655
Operativ nəzarət şöbəsinin mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssisi


Kapital Bank namizədləri Nəzarət Departamentinin Operativ nəzarət şöbəsinin mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
İş barədə məlumat

• Bankın Bakı şəhəri və bölgələrdə olan filial, şöbə və digər struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin müəyyən edilməsi və azaldılması məqsədi ilə sahəvi, kompleks, tematik yoxlamaların aparılması;
• Yoxlama prosesində bank fəaliyyətinin qanunvericilik və tənzimləyici orqanların normativ xarakterli aktları və göstərişlərinə uyğunluğu, adekvat daxili nəzarət sistemlərinin mövcudluğu, aktivlərin qorunması və uçot məlumatlarının düzgünlüyü və s. istiqamətdə qiymətləndirilməsi və nəticələrinə dair təkliflərin verilməsi;
• Yoxlamaların nəticələrini dəstəkləyə biləcək məlumatların toplanılması, analiz və şərh edilməsi, sənədləşdirilməsi. Yoxlama hesabatlarının hazırlanması və təqdimatının həyata keçirilməsi;
• Biznes proseslərin təhlili, qiymətləndirilməsi və optimallaşdırılması ilə bağlı təkliflərin verilməsi;
• İri həcmli məlumat bazası ilə işləmək və SQL kodlaşdırmanın tətbiq edilməsi;


Namizədə tələblər

• İqtisadiyyat, maliyyə, biznes idarəçiliyi üzrə ali təhsil və bank sahəsində ən azı 1 illik iş təcrübəsi; və ya
• Digər ixtisas üzrə ali təhsil və bank sahəsində 3 illik iş təcrübəsi;
• Daxili audit, risk, daxili nəzarət, maliyyə menecmenti və əməliyyat sahələrində çalışmış namizədlərə üstünlük verilir;
• Yüksək analitik düşüncə və problemləri həlletmə bacarığı;
• Komanda tərkibində işləmə qabliyyəti;
• Liderlik, təşəbbüskarlıq, məsuliyyətlilik və dəqiqlik kimi keyfiyyətlərə sahiblik;
• Yüksək səviyyədə MS Excel və SQL bilikləri (bu namizədlərə üstünlük verilir);
• Əla səviyyədə Azərbaycan dili biliyi, Rus və İngilis dili biliyi arzuolunandır;
• Audit, risk, nəzarət sahəsində təcrübə arzuolunandır;
• Mütəmadi ezamiyyətlərdə ola bilmə imkanı;

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin və Telegram səhifələrimizi izləyə bilərsiniz.
E-Kitab kitabxanasıİnsan resursları və idarəetmə üzrə 90+ pulsuz elektron kitab Keç →
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə