Kapital Bank namizədləri Problemli Kreditlərin İlkin Təqibi Departamentinin Ünvanda təqib şöbəsində Salyan (Cəlilabad, Biləsuvar, Neftçala) zonası üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
İş barədə məlumat
• Borcalanların kredit müqavilələrinin portfelə daxil olduğu gündən etibarən təqibinin həyata keçirilməsi • Problemli borcalanlar ilə görüşlərin keçirilməsi • Problemli borcalanların maliyyə vəziyyətindən asılı olaraq kredit borclarını restrukturizasiyaya cəlb etmək • Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlər görmək • Təhkim olunmuş portfelə gündəlik nəzarət etmək.
Namizədə tələblər
• Ali təhsil • Tələb olunan sahə üzrə 2 illik iş təcrübəsi • Komputer bilikləri (ofis proqramları) • Detallara qarşı diqqətli • Təzyiqə davamlı • Komandada işləmə bacarığı
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Mənbə
HR-AZ.com
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin və Telegram səhifələrimizi izləyə bilərsiniz.