DEADLİNE: 11.04.2021
Şirkətimiz SuperToys.az oyuncaq aləmi olaraq, hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən Azərbaycanda oyuncaq bazarında tək rəsmi diler olaraq fəaliyyət göstərir.
İşəgötürən:
Super Toys
İş barədə məlumat:
• Mağalarda və anbarda sayımın təşkili və icrasına nəzarət;
• Sayıma hazırlıq prosesində və sayım prosesinin özündə iştirak etmək;
• Sayım keçirilmiş mağazalarda anbar tərəfindən göndərilən sənədlərin və mağaza tərəfindən işlənilən sənədlərin qarşılaşdırılmasını icra etmək;
• Aşkar olunmuş kənarlaşmaları depo və mağaza tərəfindən araşdırmaq;
• Mağazalar üzrə mövcud mal və materialların sayımını həyata keçirmək;
• İnventerizasiya zamanı, sayım dövriyyəsinə aid bütün sənədlərin yoxlanılmasını təmin etmək;
• Anbar neqativlərinin araşdırılması, stokda neqativ yaradan sənədin aşkar olunması ve neqativ stokun aradan qaldırılmasını icra etmək.
Şirkət təklif edir:
• İş rejimi : Həftədə 6 gün;
• İş yeri : Sədərək Ticarət Mərkəzi;
• Əmək haqqı – namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq;
• Rəsmi qeydiyyat;
Namizədə tələblər:
• Müvafiq sahədə (Pərakəndə satış) azı 2 il iş təcrübəsi;
• Aktiv, məsuliyyətli və diqqətli olmalı;
• Əl terminalları ilə işləmə bacarığı olmalı;
Qeyd: Namizədlərdən mövzu hissəsində “ Sayım rəhbəri” vakansiya adını göstərməklə öz cv-lərini
hr@supertoys.az elektron poçt ünvanına göndərmələrini xahiş edirik. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcəklər.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com