Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Satış departamenti üzrə promoter vakansiyasını elan edir.
Əmək haqqı
300 AZN (+bonus)
İş barədə məlumat
• Ferrum Kapital QSC-nin Bakı şəhərində yerləşən satış nöqtələrinə yaxınlaşan müştərilərə faktorinq məhsulları haqqında məlumat verilməsi • Potensial müştərilərə faktorinq məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması • Faktorinq məhsulları əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi və satış qöqtələrinə yönləndirilməsi
• Bazar ertəsi – Cümə: 10:00 – 19:00 • Şənbə: 10:00 – 14:00 • Əmək haqqı: 300 + Bonus • Əlverişli iş mühitində çalışmaq imkanı • Karyera və inkişaf perspektivləri
Namizədə tələblər
• 21-29 yaş aralığında olan namizədlər • Ali təhsil • Ana dilində səlis danışıq (Rus dili arzu olunandır) • Müştəri yönümlülük, təqdimetmə bacarığı • Səliqəli görünüş, düzgün danışıq qabiliyyəti və inandırmaq bacarığı • Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satış departamenti üzrə promoter” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərməkləri xahiş olunur.
Mənbə
HR-AZ.com
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin və Telegram səhifələrimizi izləyə bilərsiniz.