• Təhsil: Ali ( riyaziyyat və ya iqtisadiyyat sahəsində )
• Yaş: tətbiq olunmur
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(əla) və İngilis dili (əla)
• Microsoft Office proqramlarını bilmək
• Bazar iqtisadiyyatının prinsplərini bilmək
• Chartered İnsurance İnstitute-dan sertifikata (Cert CII dərəcəsi) malik olmaq.
• Sığorta qanunvericiliyini bilmək
Şəxsi keyfiyyətlər
• Analitik təhlil və operativlik bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini
recruiting@ateshgah.com -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Anderraytinq və təkrarsığorta şöbəsinin aparıcı mütəxəssisi ” qeyd etmələri xahiş olunur.
“Atəşgah” S.Ş. şəffaf idarəçilik üslubunu tətbiq etməklə, əməkdaşların daimi rəyini öyrənib, qərarların qəbul edilməsində onların iştirakını təmin edir.
Sağlam həyat tərzinin təmin olunması üçün müasir idman zalı, bütün avadanlıqlarla təhciz olunmuş yemək zalında güzəştli şərtlərdə təşkil olunan nahar fasiləsi, kitabxana, istirahət otaqları, müxtəlif əyləncəli tədbirlər, intellektual oyun və viktorinalar iş gününü maraqlı və faydalı edir.
Ən vacibi isə hər bir əməkdaş davamlı inkişaf və karyera yüksəlişi məqsədilə daxili və xarici tədris prosesinə qoşulmaq imkanına malikdir.