VAKANSİYA: Monitorinq şöbəsinin mütəxəssisi

17 mart, 2021 0 447


Monitorinq şöbəsinin mütəxəssisi


Vakansiya: Monitorinq şöbəsinin mütəxəssisi

Ünvan: Bakı şəhəri
Müraciət üçün son tarix: 31 mart, 2021-ci il

Zəhmət olmasa, CV göndərən zaman vəzifənin adını (MONİTORİNQ ŞÖBƏSİNİN MÜTƏXƏSSİSİİ) e-mailda MÖVZU (SUBJECT) bölməsində qeyd edərək hrlogisticsaz@gmail.com göndərin.


İşəgötürən:

Logistik Şirkət

İş barədə məlumat:


1. Bütün fəaliyyətin effektiv monitorinqini və qiymətləndirilməsini təmin etmək üçün bacarıq və iş aktivliyinin yüksəlməsi üçün təlim və təhsillərin keçirilməsinin təklifini vermək;
2. Monitorinq və qiymətləndirmə hesabatlarını statistika ilə əlaqələndirərək nəticələrini müntəzəm olaraq bölüşdürülməsi və təkmilləşdirməsi üçün sahələri müəyyənləşdirmək ;
3. Yaranacaq qüsurları və problemləri qiymətləndirmək, təkmilləşdirməsi üçün tədbirlər aparmaq ;
4. Təyin olunmuş müştərilərlə aylıq üzləşmələrin həyata keçirilməsi, müştərilərlə qarşılıqlı hesablaşma, yekun razılaşdırılmış hesabatların üzləşmə aktlarının bağlanması üçün mühasibatlıq şöbəsinə göndərmək ;
5. Gömrük rəsmiləşdirilməsi ilə bağlı sənədlərin yoxlanıb xərclərin hansı müştəriyə aid olduğunun müəyyənləşdirməsində, Cəmiyyətin proqram təminatına və müştərilərə göndərilən hesabata daxil edilməsini təmin etmək;
6. Aylıq, rüblük və illik görülən işin nəticəsi haqqda rəhbərliyə hesabat vermək ;
7. Cəmiyyətin daşınma ilə bağlı qiymət göstəricisinə əsasən proqnoz vermək və qiymətləndirməsini aparmaq;
8. Şöbənin fəaliyyəti ilə əlaqədar digər strukturlarla əlaqələndirməni təşkil etmək;




Namizədə tələblər:


- Təhsil: Ali iqtisadi və ya Maliyyə-Audit sahəsi üzrə;
-Təcrübə: Logistika sahəsində minimum 5 il, sahə üzrə - 3 il,
- Ümumi fərdi keyfiyyətlər: Məsuliyyətli, dürüst, etibarlılıq
- Funksional fərdi keyfiyyətlər: Analitik düşüncə, qərar vermə qabiliyyəti, obyektivlik, problemləri həll etmə bacarığı
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili əla, İngilis dili əla
- Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Visio, Power Bİ,Outlook və s.)

Funksional biliklər:

• Maliyyə hesablarının forma və qaydalarını;
• Maliyyə monitorinqi xidmətlərini;
• Fəaliyyət və ya maliyyə tərəfindən proqnazlaşdırmanı
• Nəzarət və maliyyə hesabatlarının beynəlxalq standartlarını, "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunu;
• İqtisadiyyatın əsaslarını; istehsalın, əməyin və idarəetmənin təşkilini;
• Mülki hüquq, əmək, vergi qanunvericiliyini.
• Zərurət zamanı ezamiyyələrə gedə bilmək imkanı və istəyinin olması.





HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə