“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC İsmayıllı, Bərdə və Gəncə şəhərində yerləşən filialı üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi axtarışı elan edir.
İş barədə məlumat
• İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə); • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə; • Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə; • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
Namizədə tələblər
• Ali təhsil; • Kredit sahəsində ən azı 1 (bir) il iş təcrübəsi; • Azərbaycan dilində sərbəst danışmaq və yazmaq; • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı; • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq; • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı; • Müştərilərlə davranış etikası.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini recruitment@kredaqro.az elektron ünvanına Subject/Mövzu hissəsində “Kredit Mütəxəssisi” qeyd etməklə göndərmələri xahiş olunur.
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə
HR-AZ.com
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin və Telegram səhifələrimizi izləyə bilərsiniz.