Namizədə tələblər
- Azərbaycan və rus dilləri mükəmməl bilməli (ingilis dili arzuolunandır)
- Yaxşı səviyyədə texniki (kompyuter) bacarığı olmalı
- İqtisadiyyat, marketinq və ya digər yaxın sahələrdə ali təhsil və ya marketinq və menecment üzrə ixtisas təlimləri keçmiş
- Marketinqin nəzəri və metodiki əsaslarını bilməli
- Bazar iqtisadiyyatını, sahibkarlıq və biznesin idarə edilməsinin əsaslarını bilməli
- Qiymətəmələgəlmənin prinsiplərini, strategiyasını və metodlarını bilməli
- Ticarət markasının (brendin) məhsul çeşidlərini, təsnifatını, texniki və psixoloji xüsusiyyətlərini və istehsal texnologiyasını bilməli
- Biznes-planların və digər kommersiya və inzibati sənədlərin (təqdimat, müqavilə, hesabat, plan, təklif və s.) hazırlanma qaydalarını bilməli
- Reklam işinin əsaslarını, reklam kampaniyalarının təşkili, aparılması və effektivliyinin ölçülməsi metodlarını bilməli
- Yaradıcı, məsuliyyətli, kollektivdə işləmək və yüksək ünsiyyət bacarığı olmalı