İş barədə məlumat
Yerləşmə: Baş Ofis
Departament: Texniki Heyət.
Vəzifə öhdəlikləri:
• Həftəlik iş planına əsasən texniki komanda ilə birlikdə mağazalara səfər edib mövcud problemləri aradan qaldırmaq.
• Mağazalarda olan texniki avadanlıqların işlək vəziyyətdə olduğundan əmin olmaq, avadanlıqları və ümumi mağaza ərazisini yoxlamaq.
• Supervayzerin verdiyi tapşırıqları icra etmək və aşağıda qeyd edilən işləri yerinə yetirmək:
aydınlatma lampalarının dəyişdirilməsi (soyuducu, led, spot və.s.)
• Sanitar qovşaqlarda və şöbələrdə santexnika aksesuarlarının dəyişdirilməsi (krantlar, su boruları, sifonlar, tualet kağızı və maye sabun dispenserləri, unitaz aksesuarları və.s.)
• Şöbələrdə və mağazanın digər bölmələrində su və kanalizasiya bağlantı nöqtələrinin yoxlanması, sifonların və kanalizasiya xəttlərinin periodik olaraq və ya lazım olduqda təmizlənməsi
• Həşərat əleyhinə quraşdırılan cihazların yoxlanılması və periodik olaraq lampa və yapışqanlarının dəyişdirilməsi
• Qapıların çərçivələri, qapı qolları, kilid və menteşelərinin təmiri və ya dəyişdirilməsi
• Döşəmə təmiri, kafel və metlaxların dəyişdirilməsi
• Divar təmiri, kafellərin dəyişdirilməsi və boya işlərinin görülməsi
• Loker qapılarının təmiri, tutacaq və qapı kilidlərinin dəyişdirilməsi
• Siyirməli və qapılı dolabların təmiri
• Qoruyucu dəmirlərin bərkidilməsi və lazım olduqda quraşdırılması
• Dayanacaq ərazisində yerləşən stopperlərin bərkidilməsi və dəyişdirilməsi
• Müxtəlif boya işləri – qapılar, məhəccərlər, yol işarələri və.s.
• Yuxarıda sadalanan işləri yerinə yetirərkən bütün təhlükəsizlik qaydalarına riayət etmək və işin təhlükəsiz görülməsi üçün lazımi tədbirləri almaq.
• Şirkətin prosedur və qaydalarına əməl etmək, davranış qaydalarını və xüsusi geyim formalarını pozmamaq.