Müraciət qaydası Vakansiya ilə maraqlanan namizədlərdən fotoşəkilli CV-lərini talent@div.edu.az elektron poçt ünvanına, mövzu hissəsində “HR Manager” qeyd etməklə göndərmələri xahiş olunur.
Əmək haqqı
1000 AZN (gross)
Təcrübə
İnsan Resursları sahəsində minimum 2 il iş təcrübəsi;
İş yeri
Elmlər metrosunun yaxınlığında yerləşən innovativ iş mühiti;
İş barədə məlumat
Şirkətin kadr ehtiyaclarının müəyyənləşdirilməsi və müvafiq işə qəbul strategiyasının həyata keçirilməsi;
Headhunting vasitəsilə bazarda uyğun və yüksək potensiala malik namizədlərin cəlb edilməsi;
Aktiv vakansiyaların müvafiq platformalarda yerləşdirilməsi və daxil olan müraciətlərin dəyərləndirilməsi;
Namizədlərlə onlayn və əyani müsahibələrin təşkili və keçirilməsi;
Vakansiyalara uyğun qiymətləndirmə testlərinin hazırlanması və tətbiqi;
Daxili komanda üzvlərinin loyallığının və məmnuniyyətinin artırılmasına yönəlmiş təşəbbüslərin həyata keçirilməsi;
Team building tədbirlərinin təşkili və komanda ruhunun gücləndirilməsi;
Employee Branding istiqamətində layihə və tədbirlərin həyata keçirilməsi;
Internship proqramlarının təşkili və idarə olunması.
Qeyd: Kadr kargüzarlığı və sənədləşmə işləri outsource tərəfdaş şirkət tərəfindən həyata keçirildiyi üçün bu vəzifənin öhdəliklərinə daxil deyil.
İş şəraiti
Korporativ nömrə, mobil telefon və MacBook ilə təmin olunma;
İş qrafiki: Həftədə 6 iş günü, 09:00–18:00; şənbə günü qısaldılmış iş rejimi;
Mehriban, dinamik və inkişafyönümlü komanda;
Peşəkar və karyera inkişafı, vəzifə artımı imkanları;
Namizədə tələblər
İnsan Resursları sahəsində minimum 2 il iş təcrübəsi;
Karyerasını uzunmüddətli perspektivdə İnsan Resursları sahəsində inkişaf etdirmək istəyi;
Səlis və aydın kommunikasiya bacarığı;
Ali təhsil;
İngilis dili biliyi;
Təşkilatçılıq və komanda ilə işləmək bacarığı.
Mənbə
HR-AZ.com
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin və Telegram səhifələrimizi izləyə bilərsiniz.