“Alutech Baku” şirkəti üçün Ofis-menecer tələb olunur.
Uyğun namizədlər CV formalarınızı
arzu.s@mauve.az elektron poçt ünvanına göndərə bilər.
Xahiş olunur CV-lərinizi göndərəndə, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edəsiniz.
İş barədə məlumat
Vəzifə öhdəlikləri:
• Şirkətin ofis fəaliyyətinin gündəlik inzibati və təşkilati işlərini planlaşdırmaq və koordinasiya etmək.
• Daxil olan və göndərilən məktubların, sənədlərin və digər yazışmaların qəbulunu, qeydiyyatını və aidiyyəti üzrə yönləndirilməsini təşkil etmək.
• Müqavilə, məktub, əmr, ərizə, protokol, arayış və digər inzibati sənədlərin hazırlanmasında və sistemləşdirilməsində iştirak etmək.
• Ofis ləvazimatları və inzibati ehtiyacların təmin olunmasına nəzarət etmək.
• İşçilərin davamiyyəti, məzuniyyət, ezamiyyət və digər inzibati məsələlər üzrə sənədlərin hazırlanması və uçotunda iştirak etmək.
• HR və digər struktur bölmələrlə koordinasiyalı şəkildə işçilərlə bağlı inzibati sənədləşməni həyata keçirmək.
• Şirkətin elektron və kağız sənədlərinin sistemləşdirilməsi, arxivləşdirilməsi və məxfiliyinin qorunmasını təmin etmək.
İş şəraiti
• Ünvan: Heydər Əliyev pr. 106a
• İş qrafiki: 6 günlük iş rejimi
• Əmək haqqı: 800 AZN (net)