Azərbaycanın ilk İnsan Resursları portalı

Aktiv vakansiyalar

Yeni elanlar hər gün əlavə olunur. Uyğun elanın üzərinə klikləməklə ətraflı məlumata keçin.

VAKANSİYAİnsan Resursları üzrə mütəxəssis

İşəgötürən: AzerTexnolaynŞirkətin bütün vakansiyalarına bax →
09 dekabr, 2018 0 5 017
İnsan Resursları üzrə mütəxəssis


İş yeri
Texniki Avadanlıqlar Zavodu/ İnsan Resursları Şöbəsi
Yaş həddi
25-30 yaş
İş barədə məlumat
 İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir;
 Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
 Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
 İş stajının hesabını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
 İş vaxtının istifadəsi cədvəlinin hazırlayır və gündəlik qeydləri aparır;
 İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”ni qəbul edir, yoxlayır, insan resurslarına aid olan bölməni doldurur;
 İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edir;
 Peşələr üzrə vəzifə təlimatlarının yazılması;
 Kadr axınının səbəblərini öyrənilməsində və onların aradan qaldırılması tədbirlərinin işlənib hazırlanmasında iştirak edir;
 Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır;
 Əmək üzrə perspektiv və illik planların işlənib hazırlanmasında iştirak edir;
 İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və rəhbərliyə hesabat verir;
 Daxili sənəd dövriyyəsini icra edir;
 Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir.
 İş saatları (iş rejimi): 09:00 – 18:00, şənbə günü 09:00-13:00
Namizədə tələblər
İş təcrübəsi: İnsan Resursları üzrə minumum 2 il iş təcrübəsi.
Təhsili/ixtisası: Menecment, İqtisadi sahələr üzrə ali təhsil tələb olunur.
Cins: Kişi namizədlərə üstünlük veriləcək.
Dil bilikləri: İngilis və ya Rus dilini irəli səviyyədə bilmək.
Üstünlüklər: İnsan Resurslarının rəsmi qanunvericiliklə yanaşı strateji tərəfində də təcrübəsi olması əlavə üstünlükdür.
Kompüter bilikləri: Ofis proqramları (excell irəli səviyyədə).

Fərdi keyfiyyət tələbləri: Yaradıcı, yenilikçi və inkişafa açıq, yüksək ünsiyyət bacarığı və təqdimetmə bacarığı, Məlumatı toplamaq və təhlil etmək bacarığı, Məntiqli düşünmə və problemləri araşdırma bacarığı, etibarlılıq və şirkətə sədaqətlilik; komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi,məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı)
Vakansiya üçün müraciət qaydası: CV-lər “İnsan Resursları mütəxəssisi” mövzusu ilə hr@azertexnolayn.com elektron ünvanına göndərilməlidir.
Mənbə
HR-AZ.com
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin və Telegram səhifələrimizi izləyə bilərsiniz.
E-Kitab kitabxanasıİnsan resursları və idarəetmə üzrə 90+ pulsuz elektron kitab Keç →
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə