Azərbaycanın ilk İnsan Resursları portalı

Aktiv vakansiyalar

Yeni elanlar hər gün əlavə olunur. Uyğun elanın üzərinə klikləməklə ətraflı məlumata keçin.

VAKANSİYAMühafizəçi

09 avqust, 2020 0 962
Mühafizəçi


Azərbaycan Beynəlxalq Bankı Təhlükəsizlik departamentinin Mühafizə və rejim şöbəsinə Mühafizəçi vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
İş barədə məlumat

• Mövcud video müşahidə sistemləri vasitəsi ilə nəzarətin təşkili;
• Bankdaxili təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət;
• Təhlükəsizlik məsələlərinə aid daxil olan sənədlərin qəbul edilməsi, qeydə alınması, aidiyyəti üzrə bölüşdürülməsi;
• Yanğın mühafizə sistemlərinə nəzarət;
• Nəzarət buraxılış sistemləri ilə işin aparılması;
• Bankın inzibati binasının mühafizəsinin təşkili

Namizədə tələblər

• Ali və ya orta ixtisas təhsilli;
• Mühafizə sahəsində minimum 1-3 il iş təcrübəsi olan;
• Azərbaycan və Rus dillərini səlis bilən
• Boyu – 1.80 sm-dən, çəkisi 75 kq-dan aşağı olmayan;
• Həqiqi hərbi xidməti başa vurmuş;
• Praktiki sağlam və yaxşı fiziki formada olan; (hər hansı bir döyüş idman sənətinin sahibinə üstünlük veriləcəkdir)
Davranış səriştələri:

• Ünsiyyət bacarığı;
• Detallara diqqət;
• Məsuliyyətli və intizamlı;
Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi 31 avqust 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Mühafizəçi” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Əlavə məlumat üçün: www.ibar.az

Mənbə
HR-AZ.com
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin və Telegram səhifələrimizi izləyə bilərsiniz.
E-Kitab kitabxanasıİnsan resursları və idarəetmə üzrə 90+ pulsuz elektron kitab Keç →
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə