Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
İş barədə məlumat:
- Elektrik avadanlıqlarının təmiri , istismarı və elektrik montaj işlərinin icrasını həyata keçirmək;
- Kiçik həcmli elektrik sxemlərinin araşdırılması, qüsurların aşkar edilməsi və bərpasını həyata keçirmək;
- Elektrik enerji mənbəyi olan qurğuların istismarı və onlara vaxtaşırı qulluq etmək;
- Avadanlıqlarda planlı təmir işlərini icra etmək, fasiləsiz iş rejimini təmin etmək;
- Avadanlığın müntəzəm və texniki cəhətdən düzgün, etibarlı işini, onun növbəliliyinin artırılmasını, tələb olunan dəqiqlik səviyyəsndə işləmə qabiliyyətində olmasını təmin etmək;
- Avadanlığın texniki xidmət və təmirini, istismarın yaxşılaşdırılması, brak və boş dayanmaların qarşısının alınmasın, iş keyfiyyətinin artırılması istiqamətində çalışmaq;
- 1000V-a qədər gərginlikdə elektrik maşınlarının və elektrik avadanlıqlarının sökülməsi, orta təmiri, yığılması, quraşdırılması və mərkəzə uyğunlaşdırılmasını həyata keçirmək;
- Elektrik stansiyalarında, transformatorlu elektrik stansiyalarında gərginliyin tam kəsilməsi ilə daha yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında mürəkkəb olmayan işlərin yerinə yetirilməsi, xidmət edilən obyektdə və ya sahədə elektrik avadanlıqlarının qoşulması, söndürülməsini həyata keçirmək;
- Daha yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında gərginliyi 1000 V-ə qədər olan xətlərin kəsilməsi, calaq edilməsi, izolə edilməsi və lehimlənməsi işini həyata keçirmək;
- Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılmasını icra etmək;
- Elektrik mühərriklərinin stator və rotorlarının sarğılarının və paylaşdırıcı şəbəkənin izolyasiya müqavimətinin meqometrlə yoxlanılmasını həyata keçirmək;
- Elektrotexnikanın əsaslarını, elektrik mühərriklərinin, sabit və dəyişən cərəyanlı generatorların, paylayıcı qurğu aparatlarının, elektrik cihazlarının iş prinsipini bilmək;
- Xidmət olunan sahədə elektrik avadanlıqlarının yerləşməsi və qidalandırılması sxemini bilmək
İş yeri: Bakı şəhəri, Məhəmmədi qəs.
İş təcrübəsi: 3-5 il
Təhsil: Müvafiq sahə üzrə peşə təhsili
İşin Təsviri:
Elektrik qurğu və avadanlıqların xidmətini, onların cari və əsaslı təmirinin keyfiyyətlə aparılması işini operativ həyata keçirir.
Namizədə tələblər:
- Yaş: 25-40
- 1000V Elektirik Panellərində sərbəst və təhlükəsiz işləmək bacarığı;
- Birxətli elektrik dövrəsinin sxemləri üzrə sərbəst işləmək bacarığı;
- Operativ və nizam-intizamlı olmaq;
- Məsuliyyətli və komandada işləmək bacarığı.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.
Müraciət qaydaları:
cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Elektrik Çilingəri” yazmaqla CV göndərərək müraciət edilir.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com