OBA Marketlər şəbəkəsi Sosial Media Mütəxəssisi vakansiyası elan edir.
İş barədə məlumat
· (Facebook, İnstagram, Linkedin, Youtube, Telegram) sosial media hesablarında müştəri müraciətlərinin cavablandırılması · Paylaşılan reklamda müştəri rəylərinin cavablandırılması. · Müştəri şikayətlərinin toplanılması və həll edilməsi üçün müştəri əlaqələrinin idarə edilməsi strukturuna yönləndirilməsi və həllə uyğun cavablandırılması. · Sosial media mesaj bölməsinə gələn bütün müraciətlərin müvafiq olaraq yönləndirilməsi.
İş qrafiki: İş saatları 09:00 – 18:00; Nahar fasiləsi: 13:00-14:00 Şənbə və Bazar istirahət günü.
Əlavə təminatlar: · Nahar şirkət tərəfindən verilir; · Korporativ nömrə ilə təmin edilmə; · Servis şirkət tərəfindən təmin edilir;
Namizədə tələblər
· Təhsil: Ali təhsil · Dil bilikləri: Azərbaycan dili mükəmməl səviyyədə, ingilis dili və rus dili (üstünlükdür) · Kompüter bilikləri: MS Office · Müvafiq sahədə 1 il iş təcrübəsi · Təşəbbüskar, yenilikçi, punktual və kreativ
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “SMM" yazaraq cv@oba.com.az ünvanına göndərmələri xahiş olunur.
Mənbə
HR-AZ.com
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin və Telegram səhifələrimizi izləyə bilərsiniz.