Azərbaycan Beynəlxalq Bankı Pərakəndə CRM departamentinin Telemarketinq şöbəsinə müdir vakansiyasını açıq elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, idarəetmə və satışların təşkili sahəsində təcrübəsi olan, bütün namizədləri aktiv şəkildə böyüyən Telemarketinq komandamıza qoşulmağa dəvət edirik! Telemarketinq şöbəsinin müdiri olaraq Siz bankın potensial müştərilərinə zənglərin edilməsindən, bankın təklif etdiyi məhsullarının satışını həyata keçirilməsindən və satış kvotasının yerinə yetirilməsindən məsul olan komandaya rəhbərlik edəcəksiniz.
Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmaq imkanı
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.