"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur."Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Vacancy: Mağaza direktoru (Bərdə)
İş barədə məlumat:
• Mağaza daxili fəaliyyəti təşkil edir;
• Mağazada bütün işçilərin öz vəzifə öhdəliklərini vaxtında və keyfiyyətlə yerinə yetirməsini təmin edir;
• Mağaza standartlarının və reqlamentlərinin qorunmasına nəzarət;
• Mal qalıqlarına nəzarət və uçotun aparılması;
• Assortimentin və satışın analizi;
• Daxili inventarizasiyanın aparılması;
• Müştərilərlə iş.
Namizədə tələblər:
• Elektronika mağazasında idarəedici vəzifədə 2 il və ya kredit sahəsində 3 il iş təcrübəsi;
• MS Word, MS Excel proqramlarını bilməli, 1C proqramını bilmək arzuolunandır;
• Azərbaycan dilini mükəmməl bilməsi zəruridir, rus və ingilis dili bilikləri arzu olunandır;
Şəxsi keyfiyyətlər:
• Liderlik xüsusiyyətləri;
• Yaranmış problemləri həll etmə bacarığı;
• Nəticə yönümlülük;
• Qəbul edilmiş qərarlara cavabdehlik daşımaq bacarığı;
• Komandada işləmək bacarığı.
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• İş qrafiki: 6 iş günü, 1 gün istirahət.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
Müraciət linki
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com