“PAŞA Sığorta” ASC Anderraytinq və Təkrarsığorta Departamentində “Baş Anderrayter” vakansiyası elan edir.
İş barədə məlumat
• Müvafiq sığorta növləri üzrə sığorta şərtlərinin təşkili və təkmilləşdirilməsi üzrə şöbə həmkarlarına yardımların göstərilməsi;
• Birbaşa müdirin rəhbərliyi altında sənədləşmə bazasının yaradılması və tariflərin hesablanması;
• Qeyri-standart risklərin sığortalanması zamanı Anderraytinq üzrə müdirin göstərişinə əsasən obyekt(lər)in qiymətləndirilməsində və sorğunun aparılmasında iştirak etmək, sığorta hadisəsinin baş verməsi ehtimalına təsir göstərə biləcək faktorları aşkar etmək və bu iş üzrə müvafiq hesabatların aparılması;
• Müvafiq sığorta növləri üzrə sənədləşmə bazasının tərtib edilməsi və daimi əsaslarla onun təkmilləşdirilməsi;
• Bütün Anderraytinq sənədləri üzrə bazanın tərtib edilməsi və ona nəzarət edilməsi;
• Sığorta şəhadətnamələri nüsxələrinin müştərilər tərəfindən qaytarılmasına nəzarət edilməsi;
• Müvafiq kotirovkalar hazırlamaq, təsdiqlənməsi üçün müvafiq kurator və ya müştəriyə göndərmək;
• Sənəd dövriyyəsi prosesində iştirak etmək: öncədən təyin edilmiş tariflərin, azadolmaların və sığorta şərtlərinin düzgünlüyünü, o cümlədən sığorta obyektinin lazımi səviyyədə dəyələrləndirilməsini yoxlayaraq (ehtiyac olduqda müvafiq düzəlişlər edərək) və təsdiqləmə üçün anderraytinq üzrə mütəxəssislərə və şirkət rəhbərliyinə təqdim etməklə, gündəlik əsaslarla sığorta şəhadətnamələrin buraxılması;
• Strateji müştərilər tərəfindən sığorta haqlarının ödənilməsinə nəzarət edilməsi və nəticələr barədə Departament rəhbərliyinə məruzə edilməsi;
• Lazım olduğu halda sığortalanacaq obyektlərə baxış keçirilməsinin təmin edilməsi;
• Birbaşa rəhbərin göstərişinə əsasən digər vəzifələri həyata keçirilməsi.