VAKANSİYA: Kommersiya Departamenti/İxracat üzrə mütəxəssis

04 yanvar, 2021 0 555


Kommersiya Departamenti/İxracat üzrə mütəxəssis


GiLTEX 2012-ci ildən Sumqayıt şəhərində fəaliyyətə başlayan GİLAN TEKSTİL PARKI müəssisəsinin ticarət nişanıdır. GİLAN TEKSTİL PARKI nəinki Azərbaycanda həm də Cənubi Qafqaz regionunda yeganə vertikal inteqrasiya sistemi ilə qurulmuş və tekstil istehsalı üzrə bütövlükdə texnoloji ardıcıllığı tam əhatə etmiş İplik fabriki, iki Toxuma fabrikləri, iki Boyama fabrikləri, Tikiş fabriki və Tibbi maska fabrikindən ibarət təsisdir. Müəssisə GİLAN TEKSTİL PARKI-nda əsas xammal kimi Azərbaycan pambığından olan mahlıc istifadə olunur. Hal-hazırda GİLAN TEKSTİL PARKI-nda iplik, müxtəlif növ parça, yataq dəstləri, toxuculuq məhsulları, dəsmallar, hörgü məhsulları, yorğanlar, yastıqlar, habelə oda və suya davamlı xüsusi geyimlər, müxtəlif təyinatlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar və s. istehsal edilməkdədir. COVID-19 pandemiyası ilə mübarizəyə töhfə vermək məqsədilə müəssisənin nəzdində tibbi maskaların istehsalı təşkil olunub.

Müəssisə gender bərabərliyi, əmək təhlükəsizliyi və ətraf mühitin qorunmasına xüsusi diqqət yetirir. GİLAN TEKSTİL PARKI vergiödəyicisi kimi şəffaf vergi tərəfdaşı statusunda fəaliyyət göstərir. Müəssisə Azərbaycan Respublikasının ən iri Tekstil ixracatçısı şirkətidir. Müəssisədə 1100 nəfərdən artıq işçi çalışır.

VAKANSİYA: Kommersiya Departamenti/İxracat üzrə mütəxəssis
ŞƏHƏR: Sumqayıt

İşəgötürən:

Gilan Tekstil Parkı

İş barədə məlumat:


• İstehsal edilən məhsulların ixracat satış mexanizminin hazırlanmasında və satışın təşkil edilməsində iştirak etmək.
• Məhsullar haqqında maraq formalaşdırılmasının təşkil etmək.
• Məhsulların bilavasitə ixracat satışında iştirak etmək və məhsulların təyinat məntəqəsinə vaxtı-vaxtında çatdırılmasının təmin etmək.
• İxracat satışın həyata keçirilməsi zamanı müqavilələr və digər müvafiq sənədlərin hazırlanmasını təşkil etmək və buna görə məsuliyyət daşımaq.
• Hazırkı və gələcək müştərilərlə telefon danışıqları və üzbəüz görüşlərin və təqdimatların təşkilini həyata keçirmək.
• Gələcək müştəri mənbələrinin inkişafı və onların potensiallarını müəyyən etmək üçün məlumat mənbələrini tədqiq etmək.
• Cari və perspektiv müştərilər üçün aydın və effektiv yazılı təkliflər hazırlamaq.
• Müştərilərin problemləri və şikayətlərinin tez bir zamanda həll olmasına nail olmaq.
• Mövcud ixrac müstəriləri ilə əməkdaşlığını genişlənmək və yeni müştərilərin cəlb etmək
• Marketinq, mühasibat, logistika və texniki dəstək qrupları ilə satış səylərini əlaqələndirmək.
• Hazır məhsul satışlarının payının ixrac satışlarında artırılmasını etmək
• Şirkət tərəfindən müəyyən edilmiş və daxili təlimatlarda qeyd olunan təhlükəsizlik standartlarına və qaydalarına riayət etmək.




Namizədə tələblər:


• Ali təhsil və ya magistr dərəcəsi (biznes menecment, marketinq və s.oxşar sahələr üzrə);
• İxrac satışları sahəsində 3 ildən az olmayan iş təcrübəsi;
• Yüksək analitik düşünmə qabiliyyəti;
• Yenilik və öyrənməyə meylilik
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Azərbaycan,İngilis və rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;

İŞ QRAFİKİ

• Həftə ərzində 5 günlük
• İş saatları: 09:00-18:00-dək
• Nahar şirkət tərəfindən verilir.

CV-lərinizi hr@giltex.az ünvanına göndərməyiniz xahiş olunur.

QEYD: Email-in “subject” bölməsinə, vakansiyanın adını yazmağınız xahiş olunur.





HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə