"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
İşəgötürən:
Kontakt Home
İş barədə məlumat:
• Assortimentlərin yaradılması;
• Bazar tələbatının, rəqiblərin assortimentlərinin öyrənilməsi;
• Məhsulun gəlirliliyini təyin etmək;
• Məhsulun alışı və ehtiyatının qeydiyyatının aparılması; sifarişlərin yerləşdirilməsi, təchizatçılarla danışıqların aparılması;
• Qiymətin təyin edilməsi, məhsulun satılma tezliyini təyin etmək;
• Satışın stimullaşdırılması, reklam və promo aksiyaların təşkil edilməsi.
• Merçendayzinq standartlarının hazırlanması.
Namizədə tələblər:
• Ali təhsil;
• Mebel sahəsindən (əsas çeşidlər, məhsul markaları, istehsalçılar və təchizatçılar) məlumatlı olmalı;
• Vəzifə üzrə iş təcrübəsi – 1 ildən;
• Azərbaycan və rus dillərini yüksək səviyyədə, İngilis dilini yaxşı səviyyədə bilməli;
• Ofis və 1C proqramlarını yüksək səviyyədə bilməlidir.
İş şəraiti:
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Rəqabətqabiliyyətli əmək haqqı
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
https://qlor.me/kjv98jss
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com