Azərbaycanın ilk İnsan Resursları portalı

Aktiv vakansiyalar

Yeni elanlar hər gün əlavə olunur. Uyğun elanın üzərinə klikləməklə ətraflı məlumata keçin.

VAKANSİYAAvtonəqliyyət şöbəsinin meneceri (Fleet manager)

İşəgötürən: Grand MotorsŞirkətin bütün vakansiyalarına bax →
16 yanvar, 2021 0 584
Avtonəqliyyət şöbəsinin meneceri (Fleet manager)
İş barədə məlumat

• Şirkətə məxsus olan nəqliyyat vasitələrinin siyahılaşdırılması, həmin nəqliyyat vasitələrinin sənədlərinin (texniki pasport, sürücülük vəsiqəsi, icbari sığorta, yol vərəqəsi vəyaxud etibarnamə) düzgünlüyünün təqib olunması, əskikliklər barəsində lazımi bölmələrin məlumatlandırılması;
• Nəqliyyat prosesinin daimi monitorinqi və izləmə;
• Nəqliyyat vasitələri istismara verilmədən öncə sürücüyə təhvil-təslim olunması, sürücülərə lazımi təlimatların verilməsi;
• Şirkətə məxsus olan nəqliyyat vasitələrinin nasazlıqlarını aşkarlamaq üçün yoxlamalar keçirmək və nasazlıqların vaxtında aradan qaldırılması üçün lazımi tədbirlər görmək;
• Nəqliyyat vasitələrinin ümumi baxım və təmir işləri ilə əlaqədar məsələlərin həyata keçirilməsi, nasazlıqların araşdırılması, lazımi tədbirlərin görülməsi üçün təyin olunmuş təmir emalatxanasına (servis) yönəldilməsi;
• Nəqliyyat vasitələrinin təmiri və baxımı ilə əlaqədar uyğun servis təkliflərinin alınması, qiymət razılaşdırma protokollarının hazırlanması, rəsmi texniki xidmət müqavilələrinin hazırlanması;
• Nəqliyyat vasitələrinin təmiri ilə bağlı olaraq əvvəlcədən lazımi təmir emalatxanaları təyin etmək, dəyişiləcək hissələr və görüləcək işlər üçün uyğun qiymət təkliflərinin alınması, qarşılıqlı razılaşma (müqavilə əsasında) fəaliyyətin təmin edilməsi;
• Nəqliyyat vasitələrinin mütəmadi olaraq yağ dəyişmə vaxtlarına diqqət yetirmək, hissə dəyişimi üçün ilkin olaraq dəyişiləcək ehtiyat hissələrinin gözdən keçirilməsi;
• Şirkətdaxili sifariş əsasında struktur bölmələri nəqliyyat vasitələri ilə təmin olunması;
• Şirkətə aid olan nəqliyyat vasitələri üçün yanacağın hesabatının hazırlanması, yanacağın uçotunun aparılması;
• Şirkət daxilində nəqliyyat işləri ilə əlaqədar məsələlərin həll olunması, sənədləşmənin düzgün təqib olunması və həyata keçirilməsi;
• İstifadə olunan nəqliyyat vasitələrinin istismarı üzrə təlimatlara, dövlət yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət olunmasına nəzarət etmək;
• Davamlı olaraq şirkətə aid olan nəqliyyat vasitələrinin marşrut üzrə hərəkətinə nəzarət etmək;
• Şirkətin siyasət, təlimat və xidməti standartlarına / qaydalarına riayət etmək.


Namizədə tələblər

• Yaş: 25-45;
• Bu sahədə min təcrübə: 3-4 il
• Nəqliyyat vasitələrinin texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını bilmək.
• Montaj və təmir metodların anlayışı
• Komanda ilə işləmə bacarığı
• İdarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitiklik bacarığı
• İşgüzar, ciddi, diqqətcil, dürüst, ünsiyyətcil və aktiv olmalıdır

İş şəraiti:

• İş qrafiki: 6 günlük iş həftəsi
• Əmək haqqı: müsahibə əsasında təyin olunur
• Korporativ nömrə

Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini hr-cv@grandmotors.az ünvanına mövzu yerində “Fleet Manager” yazaraq göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər intervyu üçün dəvət olunacaqlar
Mənbə
HR-AZ.com
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin və Telegram səhifələrimizi izləyə bilərsiniz.
E-Kitab kitabxanasıİnsan resursları və idarəetmə üzrə 90+ pulsuz elektron kitab Keç →
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə