İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Risklərin idarə edilməsi departamentinin Kredit risklərinin idarə edilməsi şöbəsində Baş mütəxəssis” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Risk_Kredit” qeyd etməklə öz CV-lərinizi
jobs@yelo.az ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: Risklərin idarə edilməsi departamenti / Kredit risklərinin idarə edilməsi şöbəsi
Vəzifə: Baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament direktoru / Şöbə müdiri
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
İşəgötürən:
Yelo Bank
İş barədə məlumat:
- AR MB və MBNP tələblərinə uyğun və IFRS metodologiyası əsasında ehtiyatların hesablanmasında iştirak etmək;
- Kredit portfelinin müxtəlif yönümlü analizini aparmaq, daha riskli kredit məhsullarını müəyyən etmək və bu tip məhsullarda risk yaradıcı faktorları aşkarlamaq;
- Qanunvericiliyə və daxili qaydalara əsasən portfelin konsentrasiyası ilə bağlı limitlərə nəzarət etmək;
- Risk iştahasının hazırlanmasında iştirak;
- Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
- Bankın daxili hesabat formalarına və rəhbərliyin tapşırığına uyğun müxtəlif hesabatların tərtib edilməsi və hazırlanması;
- Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsi;
- Şöbədaxili normativ-hüquqi sənədlərin (qayda, prosedur və s.) hazırlanması və yenilənməsi prosesində iştirak.
Namizədə tələblər:
- Ali təhsil (Riyaziyyat / Statistika / Maliyyə və ya İqtisadiyyat sahəsi üzrə);
- Xarici dil bilməsinə üstünlük verilir (Rus dili, İnglis dili);
- MS office: Excel, PowerPoint proqramlarından mükəmməl istifadə bacarığı (SQL bilikləri arzuolunandır);
- Verilənlərin statistik analizi bilikləri;
- Təqdimatların formalaşmasında, iri həcmli məlumatın yığımında, təhlilində və işlənməsində təcrübə;
- Analitik qabiliyyət və işgüzar fəallıq;
- Komandada işləmək bacarığı;
- Detallara diqqətli və məsuliyyətli yanaşma;
- Risklərin idarə edilməsi sahəsində minimum 1 il iş təcrübəsi.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com