HAQQIMIZDA
2017-ci ildən qapılarını müştərilərə açan “Prive Steak Gallery Baku” ləzzətli ət məhsulları,qüsursuz servisi və lüks butik konsepti ilə sektorda öz fərqliliyini ortaya qoyub.Ət sevərlər üçün bənzərsiz dad təcrübəsi yaşadan restoran qısa zaman ərzində fərqli və əyləncəli steyk mədəniyyəti ilə həm Bakı sakinlərinin, həm də şəhərimizin qonaqlarının ürəyini və mədəsini fəth edə bilib.Xoş musiqi, nəfis təam, modern interyer. Bizim üçün bunların vəhdətindən meydana gələn xoş anlardır.
MİSSİYAMIZ
Hər zaman ağzınıza layiq təmiz , təzə və ləzzətli nemətləri ərsəyə gətirmək üçün xüsusi diqqətlə məhsulları seçmək , ən üst standartlarda müştəriyə xidmət göstərərək onlara dost olmaq və həyatlarının ən özəl anlarına rəng və ləzzət qatmaq üçün varıq !
VİZYONUMUZ
Hər zaman bizim üçün prioritet olan müştəri məmnuniyyətini zirvədə saxlayan keyfiyyətli xidmət prinsipimizi qoruyaraq gülərüzlü , qonaqpərvər komandamızla damağınızın həsrətində olduğu mükəmməl ləzzətləri təqdim edərək müştərilərimizin davamlı tövsiyə və ziyarət etdiyi , mərkəzdə ilk ağla gələn ailəvi istirahət restoranı olmaq !
Vakansiya : Ofisiant
İş yeri - Prive Steak Gallery (restoran)
Ünvan:Səbail Rayonu Xaqani Küçəsi 14/A
İş qrafiki- həftədə 6 gün
Əmək haqqı- müsahibə əsasında
İşəgötürən:
Prive Steak Gallery Baku”
İş barədə məlumat:
- Qonaqlardan sifarişləri diqqət və nəzakətlə qəbul etmək
- Qonaqlara nümunəvi xidmətin göstərilməsini təmin etmək.
- Masaların təmizliyinə riayət etmək və.s
- Menyunu yaxşı bilmək və gələn qonaqlara hər hansı bir yemək barəsində dolğun məlumat vermək
Namizədə tələblər:
- 23-30 yaş arası bəy namizədlər
- Xoş görünüş, gülərüzlük, səmimiyyət, operativlik, çeviklik
- Restoran sahəsində minimum 3-5 illik iş təcrübəsi
- İngilis dili mükəmməl, Rus dili arzu olunandır
- Steak və içki biliyinin olması arzu olunandır
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə
hr@privebaku.com email ünvanına göndərə və ya 051-225-69-81 nömrəsi ilə əlaqə saxlaya bilər.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com