Starex.az Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əldə etdiyi lisenziya ilə həm ölkədaxili, həm də beynəlxalq poçt bağlamalarının çatdırılmasını həyata keçirir. Şirkətimiz hazırda Azərbaycan, Türkiyə, Amerika və Çində qeydiyyatdan keçmiş və hər dörd ölkədə özünəməxsus ofislərində fəaliyyət göstərir. Türkiyə, Amerika və Çindən sifariş üçün xidmətlərimizdən istifadə edə bilərsiniz.
İşəgötürən:
Starex
İş barədə məlumat:
∙ Müştəri xidmət mərkəzləri üzrə mütəmadi audit yoxlamalarının keçirilməsi, ezamiyyələrdə iştirak
∙ Müştərilərə şirkət tərəfdən geri qaytarılan ödənişlərin doğruluğunu yoxlamaq
∙ İadə olunan malların və vəsaitlərin razılaşdırılmış əməkdaşlıq şərtlərinə uyğunluğunun yoxlanılması və muhasibat proqramı üzrə təsdiq edilməsi
∙ Xidmət mərkəzlərində daxili qaydalara uyğunluğun yoxlanılması
∙ Kuryerlər vasitəsilə yığılan vəsaitlərə nəzarət edilməsi və sənədləşmənin yoxlanması
∙ Mütəmadi olaraq əməkdaşlıq edilən şirkətlərlə qarşılıqlı hesablaşmaların yoxlanılması və aktlaşdırılması
∙ Təchizat və Anbar proseslərinin audit yoxlanmasının təmin edilməsi
∙ Əməkdaşlıq edilən şirkətlərə və müştərilərə kreditor borclarının yoxlanması
Namizədə tələblər:
∙ Ali iqtisadi təhsil
∙ 2 ildən az olmayan audit sahəsində iş təcrübəsi (retail sferasında olması üstünlükdür)
∙ Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı
∙ 1C proqram üzrə bilikləri (arzuolunandı)
∙ Beynəlxalq audit standartları, risklərin idarə olunması üzrə biliklər
∙ Riyazi təhliletmə və analitik hesablama qabiliyyəti
İş qrafiki : Həftədə 5 gün
Nahar şirkət tərəfindən təmin olunur
Qeyd : Müvafiq sahə üzrə yalnız təcrübəli namizədlərin müraciət etməyi xahiş olunur.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla
hr@starex.az elektron ünvanına göndərmələri xahiş olunur.
Əmək haqqı:
1000-1200 AZN
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com