Maliyyə menecment Departamentinin Analitika şöbəsinin Baş mütəxəssisi/ Meneceri
Kapital Bank namizədləri Maliyyə menecment Departamentinin Analitika şöbəsinin Baş mütəxəssisi/ Meneceri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
İşəgötürən:
Kapital Bank
İş barədə məlumat:
• Bankın gəlir xərc mərkəzlərinə nəzarət və hesabatlığın təmin olunması;
• Məhsullar və biznes istiqamətləri üzrə performans təhlillərinin aparılması;
• Yeni biznes istiqamətləri üzrə qiymətləndirilmənin aparılması, biznes modelin tərtib olunması;
• Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması;
• Müəyyən edilmiş müxtəlif maliyyə göstəriciləri üzrə mütəmadi olaraq Bankın fəaliyyətini təhlil edilməsi və bu barədə rəhbərliyin məlumatlandırılması;
• Şöbənin funksiyasından irəli gələn digər funksiyaları icra edilməsi.
Namizədə tələblər:
• Ali təhsil;
• Sahə üzrə ən azı 3 illik iş təcrübəsi
• Əla səviyyədə Azərbaycan dili biliyi, orta səviyyədə inglis dili və rus dili;
• Kompüter biliyi: yüksək səviyyədə MS Office bilikləri, SQL (MSSQL, T-SQL);
• Yüksək analitik qabiliyyət;
• Təşkilatçılıq və rəhbərlik qabiliyyəti;
• Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
• Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlər. (CFA arzuolunandır).
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa,
https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com