İşəgötürən:
Agro Food İnvestments MMC
İş barədə məlumat:
- server avadanlıqlarını fasiləsiz işini və iş prosesində ortaya çıxan nasazlıqların dərhal aradan qaldırılmasını təmin etmək;
- serverlərin işçi fəaliyyətinin yaxşılaşdırılması üçün profilaktik tədbirlər görmək, onların sınağını keçirmək, xarici qurğuların işə salınmasını, dəyişdirilməsini və xırda təmirini həyata keçirmək;
- server avadanlıqlarının və kompüterlərin diaqnostikasını aparmaq və kompüter texnologiyaları sahəsində yenilikləri izləyərək tətbiq etmək;
- standartlara riayət olunaraq seçilmiş qovluqların, faylların xüsusi vaxtlarda ehtiyat nüsxəsinin qorunduğundan əmin olmalı, şirkətin serverləri üçün ehtiyat nümunələrini yaratmalı, istifadəçinin xahişi ilə və ya təsadüfi hadisələrdən sonra məlumatları bərpa etməlidir;
- şirkətdə məsul olduğu əməliyyat sistemlərinin (unix və wındows tipli), məlumat bazalarının idarəetmə sistemlərinin, anti-virus proqram təminatlarının, elektron poçt və digər funksional informasiya sistemlərinin istehsalçıları tərəfindən tövsiyə və təqdim olunan “patch” və “update”-lər daxil olmaqla yeni versiyalarının tətbiqində iştirak edir;
- şirkətin informasiya sistemlərinin, məlumat bazalarının və server avadanlıqlarının daim işlək vəziyyətdə saxlanılmasını təmin edir, onlara müvafiq texniki və dəstək xidmətlərinin göstərilməsini həyata keçirir;
Namizədə tələblər:
- İT və ya texniki elmlər sahəsində təhsilinin olması;
- İT sahəsində tələblərə uyğun gələn vəzifədə ən azı 3-5 il iş təcrübəsi;
- microsoft mcse və ya mcsa sertifikatının olması;
- active directory, exchange server, veeam, system center məhsul ailəsi haqqında dərin biliklər;
- fsmo rolları və dns, dhcp, failover cluster, nlb haqqında dərin biliklər;
- virtuallaşdırma texnologiyaları, vmware vsphere və hyper-v ilə dəyərli təcrübə;
- wsus, wds, pxe problemlərinin həll edilməsi;
- sertifikat təşkilati server root ca, ıssue ca mexanizmi üzrə yaxşı bacarıqlara sahib olmalıdır;
- Azərbaycan dilinin sərbəst bilikləri, ingilis və rus dillərinin elementar səviyyədə bilikləri;
Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “Sistem admin” yazmaqla,
hr@agrofoodinvest.az ünvanına göndərə bilərlər.
Müraciət üçün sonra tarix
26 fevral 2021-ci ildir.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com