Müəssisə ləğv olunduqda işçiyə hansı ödənişlər edilməlidir?

09 iyun, 2022 0 340


Müəssisə ləğv olunduqda işçiyə hansı ödənişlər edilməlidir?


İşəgötürənin işçi qarşısında öhdəliklərindən biri də müəssisənin ləğv edildiyi halda işçiyə qanunla müəyyən olunmuş müavinətin verilməsidir. HR-AZ.com xəbər verir ki, mövzunu “vergiler.az” üçün əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov şərh edib.

Hü­qu­qi şəxs ləğv edi­lər­sə və ya hü­qu­qi şəxs ol­ma­dan sa­hib­kar­lıq fəa­liy­yə­ti­ni həyata ke­çi­rən fər­di sa­hib­kar fəa­liy­yə­ti­ni da­yan­dı­rar­sa, iş­çi­lə­rin işinə qanunda nəzərdə tutulan əsas­la xi­tam ve­ri­lə bi­lər. Mülki Məcəllənin 61.12-ci maddəsinə əsasən, hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatır, hüquqi şəxsin isə mövcudluğuna son qoyulur.

Hüquqi şəxsin ləğvi haqqında qərarı onun təsisçiləri qəbul edir. Fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi dedikdə isə sahibkarın öz fəaliyyətinə faktiki xitam verməsi başa düşülməlidir. Mülki Məcəllənin 61-ci maddəsi ilə əmək müqaviləsinə xitam verilərkən müəssisədə işləyən bütün işçilərlə, hamilə qadınlarla, yaşı 18-dən az olan işçilərlə, əmək qabiliyyətini müvəqqəti itirən işçilərlə, həmçinin məzuniyyətdə olan işçilərlə əmək müqaviləsi ləğv edilir.

Əmək mü­qa­vi­lə­si Əmək Mə­cəl­lə­si­nin 70-ci mad­də­si­nin “a” (mü­əs­si­sə ləğv edil­dik­də) bəndi ilə ləğv edi­ldikdə isə iş­çi­yə işə­gö­tü­rən tə­rə­fin­dən hə­min işə­gö­tü­rən­lə bağ­lan­mış əmək mü­qa­vi­lə­si­nə (əmək mü­qa­vi­lə­lə­ri­nə) uy­ğun ola­raq mü­əy­yən olunan əmək sta­jın­dan ası­lı ola­raq aşa­ğı­da­kı məb­ləğ­lər­də iş­dən­çı­xar­ma müa­vi­nə­ti ödə­ni­lir:

bir ilə­dək əmək sta­jı ol­duq­da – or­ta ay­lıq əmək­haq­qı miq­da­rın­da;

bir il­dən beş ilə­dək əmək sta­jı ol­duq­da – or­ta ay­lıq əmək­haq­qı­nın azı 1,4 mis­li miq­da­rın­da;

beş il­dən on ilə­dək əmək sta­jı ol­duq­da – or­ta ay­lıq əmək­haq­qı­nın azı 1,7 mis­li miq­da­rın­da;

on il­dən çox əmək sta­jı ol­duq­da – or­ta ay­lıq əmək­haq­qı­nın azı iki mis­li miq­da­rın­da.

Misal 1: Tutaq ki, iş­çi­nin mü­əs­si­sə­də 3 il, on­dan əv­vəl isə baş­qa bir mü­əs­si­sə­də 10 il sta­jı var­dır. İş­dən­çı­xar­ma za­ma­nı han­sı staj nə­zə­rə alı­na­caq?

Məcəllənin 70-ci mad­dəsi­nin tə­lə­bin­dən ay­dın gö­rü­nür ki, işə­gö­tü­rən iş­çi­yə hə­min işəgötürənlə bağ­lan­mış əmək mü­qa­vi­lə­si­nə uy­ğun ola­raq ola­raq iş­dən­çı­xar­ma müavi­nə­ti ödə­yə­cək­dir. Bu zaman əv­vəl­ki staj nə­zə­rə alın­ma­ya­caq­dır.

Misal 2: İş­çi 17 fevral 2011-ci il­dən bank­da şö­bə rəh­bə­ri və­zi­fə­sin­də ça­lı­şıb. Altı ildən sonra bank ləğv edil­diyinə görə iş­çi­nin əmək mü­qa­vi­lə­si­nə xi­tam ve­ri­lib. Ay­lar üz­rə iş­çi­nin əməkhaq­qı məb­lə­ği aşa­ğı­da­kı şə­kil­də ol­ub:

Müəssisə ləğv olunduqda işçiyə hansı ödənişlər edilməlidir?


Bu işçiyə müəssisə ləğv edildiyinə görə nə qə­dər iş­dən­çı­xar­ma müa­vi­nə­ti ödə­nil­mə­li­di­r?

İş­çi­nin əmək sta­jı beş il­dən on ilə­dək ol­du­ğu üçün or­ta ay­lıq əməkhaq­qı­nın azı 1,7 mis­li miq­da­rın­da öna müa­vi­nət ödə­nil­mə­li­dir. Diq­qət edir­si­niz­sə, müa­vi­nə­tin verilmə­sin­də mi­ni­mum hədd müy­yən­ləş­di­ril­miş­dir. İşə­gö­tü­rən or­ta ay­lıq əməkhaq­qı­nın 1,7 mis­lindən ar­tıq da müa­vi­nət ve­rə bi­lər.

Əmək Mə­cəl­lə­si­nin 177.2-ci mad­də­si­nə əsa­sən, əmək mə­zu­niy­yə­ti döv­rü üçün veri­lən əməkhaq­qı is­tis­na ol­maq­la, qa­lan bü­tün hal­lar­da iş­çi­nin birgün­lük əməkhaq­qı or­ta əməkhaq­qı ödə­niş­dən əv­vəl­ki iki təq­vim ayı ər­zin­də qa­zan­dı­ğı əməkhaq­qı­nın cə­mi hə­min aylar­da­kı iş gün­lə­ri­nin sa­yı­na böl­mək­lə ta­pı­lır və alı­nan məb­ləğ əməkhaq­qı sax­la­nı­lan iş gün­lə­ri­nin sa­yı­na vu­rul­maq­la mü­əy­yən edi­lir. Bu hal­da əməkhaq­qı sax­la­nı­lan iş gün­lə­ri ol­ma­dı­ğı üçün alı­nan rə­qə­mi or­ta ay­lıq iş gün­lə­ri­nin sa­yı­na vur­maq uy­ğun he­sab edi­lə bi­lər.

Or­ta gün­də­lik əməkhaq­qı:

(1.655 + 1.796) : (23+20) = 80,26 manat

2017-ci ilin is­teh­sa­lat təq­vi­mi­nə əsa­sən, or­ta ay­lıq iş gün­lə­ri­nin sa­yı 20,08-dir.

Or­ta ay­lıq əməkhaq­qı:

20,08 x 80,26 = 1.611,62 manat

İş­dən­çı­xar­ma müa­vi­nə­ti:

1.611,62 x 1.7 = 2.739,75 manat.

İş­çi­nin əmək sta­jı beş il­dən on ilə­dək ol­du­ğu üçün ona or­ta ay­lıq əməkhaq­qı­nın azı 1,7 mis­li miq­da­rın­da ödəniş he­sab­lanıb.

Bu hal­da iş­çi­yə iş­dən çıx­dı­ğı gü­nə qə­dər iş­lən­miş iş gün­lə­ri­nə gö­rə əməkhaq­qı və is­ti­fa­də edil­mə­miş mə­zu­niy­yət gün­lə­ri­nin kom­pen­sa­si­ya­sı da ödə­ni­lir.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Vergiler.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə