40 yaşına çatmadan hər birimizin öyrənməli olduğu 10 şey

24 avqust, 2018 0 1 378


40 yaşına çatmadan hər birimizin öyrənməli olduğu 10 şey


Öyrənmək – sonu olmayan bir yoldur. Yaşınız neçə olursa olsun, öyrənməyə davam edə bilərsiniz. Lakin, bəzi şeylər çox gec olmadan öyrənilməlidir. Bunlar gündəlik və professional həyatınızda istifadə edə biləcəyiniz və məhsuldarlığınızı artıracaq şeylərdir.

40 yaşına çatmadan öyrənəcəyiniz bu 10 şey sizə çox faydalı olacaq:

1) Effektiv ünsiyyət yarada bilmək

40 yaşına çatmadan hər birimizin öyrənməli olduğu 10 şey


Ünsiyyətsiz yaşamağın mümkün olmadığı bir dünyada effektiv ünsiyyət qura bilmək böyük üstünlükdür. Yaxşı ünsiyyət qurmaq üçün yaxşı danışmaq kifayət deyil, eyni zamanda yaxşı dinləyici olmaq lazımdır.

2) İstəklərinizi öyrənmək

40 yaşına çatmadan hər birimizin öyrənməli olduğu 10 şey


Normalda insan ömrünün böyük bir qismini işləyərək keçirir. İşləyərək keçirdiyimiz bu müddətin peşmanlıqla bitməməsi üçün istəklərinizi bilməli və istəklərinizə uyğun iş görməlisiniz. Çox gecikmədən istəklərinizi tapmalısınız.

3) Qənaət edə bilmək

40 yaşına çatmadan hər birimizin öyrənməli olduğu 10 şey


Həyatı xoşbəxt və rahat yaşaya bilmək üçün sevdiyiniz şeyləri əlbəttə etməlisiniz. Ancaq, gözlənilməyən ssenarilərə hazırlıqlı ola bilmək və gələcəkdə rahat bir həyat üçün çox insanın gənc ikən gözardı etdiyi bir şey olan qənaət etmək vacib şərtdir.

4) “Xeyr” sözünü deməyi öyrənmək

40 yaşına çatmadan hər birimizin öyrənməli olduğu 10 şey


Bəzi insanlar xeyr deyə bilmirlər. Bu vəziyyət sadəcə insanlara qarşı deyil, xoşuna gələn yeməyə və ya şirniyyata qarşı da ola bilər. Xeyr deyə bilmək sizi pis insan etməz, əksinə əgər siz çox çətin bir vəziyyətə düşmüsünüzsə və xeyr deməyiniz lazımdırsa, özünüz üçün ən yaxşısını etmiş olarsınız.

5) Ailə və dostların önəmini anlamaq

40 yaşına çatmadan hər birimizin öyrənməli olduğu 10 şey


İstər razılaşın, istər razılaşmayın ailə və dostlarınız sizin dünya görüşünüzün formalaşmasında böyük pay sahibidir. Eyni zamanda, onlar ən böyük dəstəyiniz də ola bilərlər. Çox gec olmadan ailənizə və dostlarınıza lazım olan sevgiyi göstərməkdən çəkinməyin.

6) Uğursuzluğun uğur üçün lazım olduğunun fərqinə varmaq

40 yaşına çatmadan hər birimizin öyrənməli olduğu 10 şey


Təcrübələr artdıqca uğur və uğursuzluqlar da artacaqdır. Yaşa dolduqca başa düşəcəksiniz ki, uğursuzluq uğurun ən yaxın dostudur. Bununla bərabər uğursuzluğu öyrənmək üçün bir fürsət olaraq görməlisiniz.

7) Çətin vaxtlarda duyğularınızı və emosiyalarınızı idarə edə bilmək

40 yaşına çatmadan hər birimizin öyrənməli olduğu 10 şey


Stressli, kədərli və enerjisiz hiss etdiyiniz anlarda özünüzü toparlayıb yola davam etməyi öyrənməyiniz həyatda özünüzə verə biləcəyiniz ən böyük hədiyyələrdən biridir.

8) Vaxtı idarə edə bilmək

40 yaşına çatmadan hər birimizin öyrənməli olduğu 10 şey


Vaxt ötdükcə məsuliyyətləriniz və etməli olduğunuz vacib şeylərin sayı artacaq. Bunları ən qısa müddətdə bitirərək özünüzə vaxt ayırmağınız düzgün planlaşdırılmış vaxt idarəetməsi ilə mümkün ola bilər.

9) Sahib olduqlarınızın dəyərini bilin

40 yaşına çatmadan hər birimizin öyrənməli olduğu 10 şey


Sahib olduğunuz şeylərin dəyərini bilərək yaşamaq, sizə həyatda davam etmək gücü verir.

10) Özünüzlə dost ola bilmək

40 yaşına çatmadan hər birimizin öyrənməli olduğu 10 şey


Öyrənilməsi ən çətin və ən çox vaxt alan şeylərdən biri şübhəsiz ki, özünüzlə barışmaq və özünüzün dostu olmaqdır. Ətrafınızda nə qədər insan olursa olsun, sizi ən yaxşı başa düşəcək insan yenə özünüzsünüz.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Moneta.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə