Azərbaycanın ilk İnsan Resursları portalı

Aktiv vakansiyalar

Yeni elanlar hər gün əlavə olunur. Uyğun elanın üzərinə klikləməklə ətraflı məlumata keçin.

VAKANSİYAİnsan resursları şöbəsinin mütəxəssisi

İşəgötürən: Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA)Şirkətin bütün vakansiyalarına bax →
06 oktyabr, 2026 0 43
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini (CV-lərini) vacancy@regulator.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İnsan resursları şöbəsi - Mütəxəssis) qeyd edin.
Təhsil
Ali təhsil (İnsan Resursları və Biznesin idarə olunması sahələri üzrə təhsil üstünlükdür)
Təcrübə
Müvafiq sahə üzrə 1- 3 il iş təcrübəsi
İş barədə məlumat
• Şöbənin Əsasnaməsinə əsasən müəyyən edilmiş vəzifələrin icrasını həyata keçirir;
• Əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Agentliyin kadr məsələlərinin rəsmiləşdirilməsini, o cümlədən vəzifəyə təyin, azad edilmə, bir iş yerindən başqasına keçirilmə, vəzifə artımı və s. üzrə aidiyyəti işləri yerinə yetirir;
• Şöbədə kargüzarlıq işlərini qanunvericiliyə uyğun aparır, işçilərin şəxsi işlərini formalaşdırır və aparır;
• İnsan resurslarının idarə edilməsi ilə bağlı normativ sənədlərin hazırlanmasında iştirak edir;
• Kadrların seçilməsi və düzgün yerləşdirilməsini təmin edir;
• Kadr axınını təhlil edir və tələbə uyğun potensial ehtiyat işçi bazası üçün məlumatları təqdim edir;
• Yeni əməkdaşlar üçün adaptasiya tədbirlərini həyata keçirir;
• Daxili intizam qaydalarına əməl edilməsinə nəzarət edir;
• Agentlikdə işçilərin əmək fəaliyyətinin və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsinin keçirilməsi ilə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirir, tələb edilən materialları hazırlayır, qiymətləndirmə işinin təşkilində iştirak edir;
• Agentliyin fəaliyyət sahələrinə uyğun mütəxəssislərin inkişaf etdirilməsi və təlimi proqramları, işçilərin mükafatlandırılması və motivasiya tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirir;
• İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparır, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsinə nəzarət edir;
• Kadrlar üzrə hesabatları, iş vaxtının uçotu tabellərini tərtib edir;
• Agentliyin kadrlar üzrə aidiyyəti əmr və göstərişlərinin layihələrini əmək qanunvericiliyinə uyğun tərtib edir;
• Agentliyin insan resurslarının informasiya sisteminə (1С və s.) və elektron hökumət portalına kadr məlumatlarını, o cümlədən əmək müqavilələrinin rəsmiləşdirilməsi, uzadılması, onlara əlavə və dəyişikliklərin edilməsi, xitamı, işçilərin yerdəyişməsi və hərəkəti barədə məlumatları daxil edir, vaxtı-vaxtında qeydiyyatını aparır, sistemdən lazımi çıxarışların uçotunun aparılmasını və arxivləşdirilməsini həyata keçirir;
• Şöbənin qarşısına qoyulan vəzifələri yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından zəruri məlumat və sənədlərin alınması üçün müraciət edir;
• Şöbəyə daxil olan ərizə, müraciət, təklif və şikayətlərin araşdırılması və cavablandırılması işində iştirak edir;
• İşçilərin performans göstəricilərinin ölçülməsi və qiymətləndirilməsində prosesində iştirak edir;
• Şöbə müdiri tərəfindən verilən tapşırıq və vəzifələri icra edir;
• Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
• Şöbənin Əsasnaməsi ilə üzərinə düşən vəzifələrin icrası məqsədi ilə qanunvericiliklə qadağan edilməyən digər zəruri işləri yerinə yetirir.
Namizədə tələblər
• Ali təhsil (İnsan Resursları və Biznesin idarə olunması sahələri üzrə təhsil üstünlükdür) ;
• Müvafiq sahə üzrə 1- 3 il iş təcrübəsi;
• MS Office proqramları və avtomatlaşdırılmış əməliyyat sistemlərində səriştəli iş təcrübəsi (1C (8.3 UPP) proqramı üzrə təcrübə arzuolunandır);
• Azərbaycan dilini səlis bilməli, rus və ingilis dilləri arzuolunandır;
• Kadr sənədləşməsinin aparılması (əmrlər, şəxsi işlər və s.);
• Adaptasiya, qiymətləndirmə və inkişaf proseslərinin təşkili üzrə təcrübə;
• Əməkhaqqı, məzuniyyət, ezamiyyə xərcləri və iş vaxtının uçotu üzrə əsas biliklər;
• Analitik düşünmə və hesabat hazırlamaq bacarığı;
• İşçilərin performans göstəricilərinin ölçülməsi və qiymətləndirilməsi üzrə iş təcrübəsi;
• Rəqəmlərlə işləmə bacarığı;
• Fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti;
• Komandada işləmə bacarığı.
Digər:
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.
• İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.
Mənbə
HR-AZ.com
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin və Telegram səhifələrimizi izləyə bilərsiniz.
E-Kitab kitabxanasıİnsan resursları və idarəetmə üzrə 90+ pulsuz elektron kitab Keç →
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə