İş barədə məlumat:
• statistik məlumatların toplanması üçün nümunəvi formalar müəyyən edir;
• həmin formaların dəqiq və müntəzəm doldurulmasına, o cümlədən saxlanmasına nəzarət edir;
• nümunəvi formaların vaxtaşırı təhlilini, zərurət yarandıqda təkmilləşdirilməsini təmin edir;
• aparılmış təhlillərin yekunu olaraq gələcək dövr üçün demoqrafik və iqtisadi göstəriciləri ilə bağlı rəhbərliyə hesabatlar və təqdimatlar təqdim edir;
• qurumun gələcək dövrdə öhdəliklərini, həmçinin bu öhdəliklərin illər üzrə paylanmasını qiymətləndirmək məqsədi ilə müntəzəm olaraq hazırlanan və rəhbərliyə təqdim olunan hesabat formalarını müəyyən edir;
• müntəzəm olaraq bu hesabat formalarının əhatəliliyini nəzarətdə saxlayır və onların təkmilləşdirilməsini təmin edir;
• hesabatların müvafiq tezlikdə və dəqiqliklə proqram təminatı vasitəsi ilə hazırlanması üçün tabeliyində olan işçilərlə sistemli iş aparır.
Namizədə tələblər:
• Ali təhsil (İqtisadiyyat, riyaziyyat, maliyyə və statistika ixtisasları üzrə);
• Yaş həddi 28-50 aralığı;
• “Microsoft Office” proqramları (yüksək səviyyədə), Eviews, R, Python, SPSS və digər müvafiq proqram təminatlarından istifadə bacarıqları;
• Aktuar riyaziyyatı üzrə nəzəri biliklərə sahib olmalı;
• Həyat sığortasının riyaziyyatına dair biliklərə sahib olmalı;
• Yüksək təqdimat bacarıqları.
Digər:
İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
İstirahət günləri: şənbə və bazar günləri;
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İQTİSADİ TƏHLİL) qeyd edin.
Əmək haqqı:
3 000 AZN
Maraqlı şəxslər müvafiq mail ünvanına CV-lərini yollaya bilərlər:
recruiter.gov@gmail.com
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com