“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal hazırda aktiv olan vakansiya: Ümumi işlər şöbəsinin müdiri.
İş barədə məlumat
• Şöbənin fəaliyyətinin təşkili və ona rəhbərlik edilməsi;
• Təşkilatın bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunun təmin edilməsi;
• Müvafiq əsasnamə, qayda, təlimat, əmr, protokol və hüquqi rəy tələb olan digər sənədlərin və işlərin qanunvericiliyə uyğunluğunun yoxlanması;
• İnzibati və kargüzarlıq işləri ilə bağlı zərurət üzrə mütəxəssislərə dəstək göstərmək;
• Şöbənin fəaliyyətinə aid sənədləri, hesabatları yoxlamaq və rəhbərliyə təqdim etmək;
• Şöbənin bölmələrinin sifarişlərinə müvafiq olaraq, xidmətlərlə bağlı görüləcək işlərin planlarının hazırlanmasına rəhbərlik etmək;
• İnzibati binanın təchizat işləri üzrə mütəmadi baxışın keçirilməsinə dair nəzarət;
• Vəzifə tələblərindən irəli gələn sair işlərin icrası.