İş barədə məlumat
• Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu təşkil etmək;
• Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
• Təsərrüfat daxili ehtiyatlarının aşkara çıxarılması və səfərbər edilməsi məqsədilə mühasibat uçotu və hesabatının məlumatları üzrə Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini, inventarizasiyanın aparılmasını təmin etmək;
• Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsinə nəzarət etmək;
• Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatını təqdim etmək;
• Cəmiyyətin bank hesabları üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunun aparılmasını təmin etmək;
• Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsini təmin etmək;
• Cəmiyyətin fəaliyyəti ilə bağlı vergi qanunvericiliyi ilə müəyyən edilmiş zəruri sənədlərin, hesabatların tərtibatı və vergi orqanlarına təqdim etmək;
• Maliyyə vəsaitlərin hərəkətinin uçotunu aparmaq və maliyyə uçotun standartlarına uyğun olaraq maliyyə fəaliyyətinin nəticələri barədə hesabatları tərtib etmək;
• Mədaxil-məxaric büdcəsinin, pul vəsaitlərinin, həcm gəlirinin formalaşdırılmasını təmin etmək;
• Statistik hesabatların təhvil verilməsi üçün məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək;
• Maliyyə-mühasibatlıq sənədlərin düzgün və vaxtında rəsmilləşdirilməsinə nəzarət etmək;
• Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun aparılmasına nəzarət;
•Əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarətini təmin etmək.