İşaxtaranlara məsləhət: Özünüzü kəşf edin...

05 avqust, 2018 1 1 560


İşaxtaranlara məsləhət: Özünüzü kəşf edin...


Son zamanlar əksər gənclərin, xüsusilə universiteti yeni bitirmiş gənclərin qarşılaşdığı bəzi məsələlər barədə yazmağa çalışacağam. Belə ki...

İlk öncə onu qeyd etmək istəyirəm ki, hərbi xidməti başa vurandan sonra və ya universiteti bitirən kimi başlayırıq iş axtarmağa, intensiv CV-lər göndərməyə, həm də necə gəldi, qarşımıza gələn hər vakansiya üzrə. İş axtarmaq təbii bir prosesdir, hədəf və məqsəd olmadan bunu etmək sonda uğursuzluğa gətirib çıxarır və bu da motivasiyanın düşməsi ilə yekunlaşır.

Gələk ikinci məsələyə hər bir gənc özünü hansı sahədə daha fayadlı və xoşbəxt olacağını, hansı sahənin onun üçün prioritet olduğunu kəşf etməyi bacarmalıdır. Ən önəmli olan budur- “ÖZÜNÜ KƏŞF ETMƏK”. Məsələn, pedoqoji və texniki sahənin məzunu ola bilərsiniz, özünüzü orada rahat hiss etmirsinizsə, bu heç də dünyanın sonu deyil, bir ömür boyu xoşbəxt olmayacağın işdə çalışmaqdansa, özünü daha faydalı hesab etdiyin işdə çalışmağın daha düzgün deyilmi?!

Harada faydalı, xoşbəxt və rahat olduğunu müəyyənləşdirdikdən sonra həmin sahə üzrə iş elanlarını nəzərdən keçirmək daha effektiv ola bilər.

Son zamanlar sosial şəbəkələrdə müşahidə edirəm ki, gənclər işə müraciət zamanı olan çətinliklərdən, əksər Kadrlar şöbəsi əməkdaşlarının qeyri-professional rəftarlarından və s.dən çox yazırlar. Təbii ki, professional insanların bu cür davranışları olduqca kədərlidir.

Bu yaxınlarda elektron-poçt (e-mail) adressimdə bir məktubu axtararkən şahidi oldum ki, 2013-cu ilin avqust ayından 2014-cü ilin sentyabr ayına qədər olan müddətdə 200-dən çox vakansiya üçün CV göndərmişəm. Nə az , nə çox 200-dən çox məktub. Bir az öncə qeyd etdiyim ki, bu, “ÖZÜMÜ KƏŞF ETMƏK”dən daha öncə olub.

200-dən çox vakansiya üçün göndərdiyim məktublardan yalnız 20 işəgötürən müsahibə mərhələsinə dəvət edib, cəmi 10 faiz, elə də pis deyil. Bu 20 işəgötürən də 12-dən çoxu müsahibə mərhələsində iştirak üçün dəvət edib. Nəysə sözümün mustafası var.

Müsahibələr Kadrlar şöbəsi rəhbərləri və mütəxəssisləri, uyğun departament rəhbərləri ilə keçib. Demək olar ki, yarısından çoxunda müəyyən problemlər yaşanıb. Müsahibəyə gecikən rəhbər işçilər, özlərini həddindən artıq “ağıllı” göstərməyə çalışıb, əslində isə vakansiyanın mahiyyətindən zərrə qədər anlayışı olmayanlar, müsahibəni ingilis dilində aparan, lakin dilin qrammatik və tələffüz qaydalarına əməl etməyən, müsahibəyə dəvət etdiyi vakantın CV-sindən xəbəri olmayan Kadrlar Şöbəsi mütəxəssisinə qədər. Nələr görmədik ki?!

Deməsəm haqsızlıq etmiş olaram, qeyd etmək istərdim ki, kifayət qədər təcrübəli və öz işlərində professional olan Kadrlar şöbəsi əməkdaşları da var. Çox şükür ki, belələri var.

Əslində hər müsahibə mərhələsindən öyrəndiklərin olur, hər dəfəsində təcrübən artır.

Sonda isə hər birinizə uğurlar arzu edirəm, həvəsdən düşmək zamanı deyil, sadəcə hədəflərinizi düzgün müəyyənləşdirib məqsədə doğru irəliləməyə çalışın, hər şey yaxşı olacaq.

Növbəti yazılarda oxunmaq ümidilə...

Müəllif: Vahid Məsimov











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
Sheniece3 sentyabr 2024, 03:24
Heya great website! Does running a blog such as this take a large amount of work?
I've absolutely no understanding of computer programming however I
was hoping to start my own blog in the near future.
Anyways, if you have any ideas or tips for new blog owners please share.
I know this is off topic but I simply needed to ask.
Many thanks!

Look at my blog: Zanetta
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə