Bu il 100 kitab oxuyacağam tipli planlar və ya sadə planlaşdırma niyə vacibdir?

23 aprel, 2017 1 1 476


Bu il 100 kitab oxuyacağam tipli planlar və ya sadə planlaşdırma niyə vacibdir?


Artıq 2017-ci ildən 5 gün geridə qaldı. Hələ 2 il bundan öncə ilin sonunda oyanan əjdaha yazımızda illik planlaşdırma ilə bağlı bəzi qeydləri etmişdik. Demirəm ki, yazdıqlarımın hamısına əməl edə bildim. Ancaq ən azı yazdıqca hansısa məsələlər haqqında ən azından düşünüb onları tətbiq etməyə çalışırsan. Eyni zamanda yazdıqlarımızdan, düşündüklərimizdən, tətbiq etdiklərimizdən, yeni öyrəndiklərimizdən yeni fikirlər formalaşır ki, bu da sənin hansısa məsələlər haqqında fərqli düşünməyinə gətirib çıxarır. Yazıya biraz qarışıq giriş verdim deyəsən. Bunu daha da qəlizləşdirə bilərdim. Ancaq məqsədimi tez deyib bunu etməkdən vaz keçirəm. Bu yazıda mən həyatımıza, planlaşdırmaya maksimum sadə baxmaqdan yazacağam. Bir halda ki, yeni il gəlib, bu simvolik dəyişiklikdən istifadə edib həyatınızı müsbətə dəyişməyə çalışın. Bunun üçün sizə 5 tövsiyyəm var:

1. Özünüzə minimal sayda vacib prioritetlər müəyyənləşdirin. Bəli bizim uzun məqsədlər siyahılarımız ola bilər. Orada getmək istədiyimiz ölkələr, oxumaq istədiyimiz kitablar, öyrənmək istədiyimiz dillər, almaq istədiyimiz əşyalar yer ala bilər. Bu uzun siyahının özü yaxşıdır. Ancaq onlardan daha vacib olan 3-5-ni seçib onlara fokuslanmağınız daha məqsədəuyğundur. Əgər ilin ortası bu məqsədlərə nail olsaz, onda siyahınıza yeni əlavələr edə bilərsiniz.

2. Məqsədlərinizi maddi imkana bağlamayın. Pulum olsun bunu edəcəm, onu edəcəm. Mütləq bu biri işi də görəcəm. Biz məqsədləri pula bağlayıb həyatımızı çox qəlizləşdiririk. İndiki maddi vəziyyətiniz ilə yaxın 5 il ərzində özünüzə maşın almaq şansınız çox az olsa belə, sürücülük imtahanına hazırlaşıb gedib sürücülük vəsiqənizi özünüz ala bilərsiniz. Minimal xərciniz çıxacaq. Dünya dəyişir, üzü Avropaya gedəndə oradakı xalq kütləvi kirayə maşınlardan istifadə edir.

3. Elastik olun. Nail olmaq istədiklərinizin uzun və ya qısa siyası olmasından asılı olmayaraq məqsədlərinizdə elastik olmağı bacarın. Buna görə də bütün işlərinizi bir-birinə bağlamayın. Bunun özü elə sadəlik və rahatlıqdır. Lazım olmayanda və ya real olmayanda hər hansı bir məqsədinizi təxirə sala bilər və ya dəyişə bilərsiniz. Məsələn, italyan şirkətində işləyirsiniz və ilin əvvəli italyan dilini öyrənməyə qarşısınıza məqsəd qoymusunuzsa, sonra da bir neçə dərs də getmisinizsə və elə bu vaxtı gözəl bir xanımla və ya yaraşıqlı bəylə tanış olursunuzsa sırf onun xətrinə bu dili öyrənməyi bir müddət məqsədlərinizdən çıxarın. Yəni özünüzə çox yükləməyin. Daha vacib olanını seçin.

4. Yazın, qəlbinizə, divarlara. Zarafatsız planlaşdırma və vaxtın idarəedilməsinə aid elə bir kitab, yazı oxumamışam ki, orada planların harasa qeyd edilməsi ilə bağlı qeyd olmasın. Yuxarıda da dedim ki, uzun siyahınız olsa belə sadələşdirilmiş şəkildə, onu başa düşdüyünüz qaydada plana salmağı bacarın. Bunu hətta özünüzə əsas qruplar və onlara alt qruplar seçməklə edə bilərsiniz. Məsələn, məqsədlərinizi karyera, fərdi inkişaf, ailə və dostlar, əyləncə və səyahət qruplarına bölüb onlar üzrə ən vacib olanları alt qruplarda qeyd edə bilərsiniz. Yetər ki, bu sadəlik sizə gündəlik nəzər yetirəndə o məqsədləri rahat xatırlatsın.

5. Qiymətləndirilə bilinən məqsədlər qoyun, amma ki. Məsələn üçün deyə bilərik ki, 5 kitab. Amma öz performans göstəricilərinizin qiymətləndirilməsini daha düzgün ifadə edəndə məqsədlərinizə çatmaq ehtimalı daha çoxdur. İlə 40 kitab oxuyacam əvəzinə HR mütəxəssis olacam məqsədini qoyun. Fərqli məzmunlu ilə 100 kitab oxuyub onlardan necə düzgün istifadə etmək haqqında bilmədikdə məqsədləriniz parçalanır. Ancaq HR mütəxəssis olmaq kimi qarşısınıza ciddi məqsəd qoyursunuzsa, o zaman alt qrupuna HR ilə bağlı 2 təlimdə iştirak edəcəm, 10 kitab oxuyacağam, 10 onlayn təlimə qatılacam kimi məqsədlər qoyanda, ən əsasə əməl edəndə uğura daha yaxın olursunuz.

Odur ki, əgər indi siyahınızda 50 nail olmaq istədiyiniz məqsəd varsa, gedib onların haqqında düşünüb 5-6 ümumi məqsəd ortaya qoyun. Unutmayın, bir çox məsələlər var ki, onları reallaşdırmaq üçün pul vacib deyil. Bu il mütləq buna nail olmalıyam deyib tərslik edib şanslarınızı itirməyin. Demirəm inadkar olmayın, amma həm də fürsətcil olun. Məqsədlərinizi sadə şəkildə bir yerə yazın və sonda elə məqsədlər müəyyən edin ki, onlar konkret hədəfli olsunlar və onları qiymətləndirmək də mümkün olsun. Belə, hər birinizə 2017-ci ildə bol-bol uğurlar arzulayıram!











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Ilhamaliyusif.com
Oxşar məqalələr
Şərhlər
Eliu20 iyul 2024, 21:43
Wonderful blog! I found it while searching on Yahoo News.
Do you have any suggestions on how to get listed in Yahoo News?
I've been trying for a while but I never seem to get there!
Thanks

Here is my webpage - Liam
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə