VAKANSİYA: Ödənişlər və ödəniş kartlarının artırılması istiqamətinin rəhbəri

21 fevral, 2021 0 283


Ödənişlər və ödəniş kartlarının artırılması istiqamətinin rəhbəri


Unibank – Azərbaycanın 1992-ci ildə təsis edilmiş ən iri özəl banklarından biridir. Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Eyni zamanda biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.

İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Buna görə də biz cari və gələcək biznes məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın inkişafını mütəmadi olaraq təmin etməyə çalışırıq.

İşəgötürən:

Unibank

İş barədə məlumat:


● Ödənişlərin idarə edilməsi;
● Istiqamət üzrə xidmətlər və məhsulların inkişafı (məqsədlərin qoyulması, inkişaf etdiricilərlə qarşılıqlı əlaqə, icra və müddətlərin nəzarəti);
● Bank vasitəsilə ödənişlərin edilməsi üçün qarşı iş uyğunlaşdırılması, müqavilələrin bağlnanması;
● Biznes göstəricilərinin təhlili, ödəmələrin həcminin və sayının dinamikasını izləmək;
● Tədbirlərin inkişaf və həyata keçirilməsi;
● Komandaya rəhbərlik etmək.




Namizədə tələblər:


• E-Commerce/ Fintech layihələrin idarəedilməsində praktiki təcrübə;
• Inkişaf prosesi və layihələrin idarəedilməsinin əsas prinsiplərini anlamaq;
• Bank sahəsində məhsul/servis yaradılması və buraxılış təcrübəsi arzu olunandı;
• Ödəmə sistemlərinin prinsiplərinin anlamaq;
• Tərəfdaş şirkətlərlə ortaqlıq münasibətlərin qurması təcrübəsi;
• Analitik düşüncə, dəqiqlik, detallara fikir vermək;
• Ünsiyyət və təqdimat bacarıqları;
• Nəticə yönümlü;
• İcra nəzarəti;
• İş yüklərinə hazır olmaq və stressə davamlıq.


Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@unibank.az elektron ünvanına göndərə bilər (vəzifənin adını email-ın mövzu hissəsində (Ödəniş kartları üzrə Rəhbər) göstərməyiniz xahiş olunur) və ya https://unibank.az/az/hrsnew/vacanciesHrm/232 linkinə keçid edib vakansiyaya müraciət edə bilər.





HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə