ABŞ-ın nəhəng banklarından biri sayılan Wells Fargo minlərlə işçini işdən azad edib.
HR-Az.com xəbər verir ki, ABŞ maliyyə bazarınən ən yüksək kapital göstəricilərinə sahib banklarından birinin əməkdaşlarının müştərilərin xəbəri olmadan onların adına kart hesabı açmaları kütləvi ixtisar və cərimələrlə nəticələndi.
Belə ki, bir müddət öncə işçilərin qiymətləndirilməsi və həvəsləndirilməsi sistemi üzərində işləyən bank, onların əsas effektivlik göstəricilərini müştərilərin yeni açılacaq kredit kart hesabları ilə ölçmək qərarına gəlib.
İşçilər isə öz növbəsində KPI yerinə yetirilməsinin sadə çıxış yolu tapıblar. Onlar müştərilərin adına yeni bank və kart hesabı açaraq müştərinin digər faktiki hesabından bu hesablara az məbləğdə vəsait yatırıblar. Beləliklə, maliyyə hesabatlarında müştərilərin bankın bu xidmətlərindən istifadəsi əks olunub. Öz növbəsində, KPI yerinə yetirən əməkdaşlar bonus, mükafat və hətta karyera yüksəlişi kimi nailiyyətlər əldə ediblər. Bir müddət sonra isə işçilər yaratdıqları yeni hesablardan pulu geri qaytarır və bunu heç kim hiss etmir.
Amma və lakin, mükafatlandırılma külli maliyyə vəsaiti xərclənsə də, əslində bonus və mükafat verilən işçilərin heç biri banka real gəlir verməyib. Müştərilər isə, onların adına kredit kartı açılmasından yalnız bankdan məktub gəldikdən sonra xəbər tuturdular. Səs küy salan və buna etiraz edən müştərilər isə, bank sistemində xəta olması adıyla sakitləşdiriliblər.
Sonda bütün bu faktların üzə çıxması ilə, müvafiq işçilər cəzalandırılıblar. The New York Times-ın məlumatına görə 5300 işçi işdən azad olunub.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.