“AZERA Holding” peşəkar komandasına İnsan Resursları üzrə Menecer vəzifəsi üzrə təcrübəli, təşəbbüskar və peşəkar namizədləri dəvət edir.
AZERA Holding-in peşəkar komandasının bir hissəsi olmaq və insan resurslarının idarə edilməsi sahəsində inkişafımıza töhfə vermək istəyirsinizsə, CV-nizi mövzu hissəsində “İnsan resursları üzrə Menecer” qeyd etməklə
hr@azeraholding.az elektron poçt ünvanına göndərə bilərsiniz.
İş barədə məlumat
• Şirkətin insan resurslarının idarə edilməsi proseslərini təşkil etmək və koordinasiya etmək;
• HR strategiyasının, daxili prosedur və qaydaların hazırlanması, tətbiqi və təkmilləşdirilməsində iştirak etmək;
• İşçi ehtiyaclarının müəyyənləşdirilməsi, vakansiyaların idarə edilməsi, namizədlərin seçimi və işə qəbul proseslərini təşkil etmək;
• Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq kadr inzibatçılığı və əmək münasibətlərinin düzgün idarə edilməsini təmin etmək;
• Əmək müqavilələri, işə qəbul, xitam, məzuniyyət, ezamiyyət və digər kadr sənədlərinin hazırlanmasına və rəsmiləşdirilməsinə nəzarət etmək;
• ƏMAS və digər müvafiq elektron sistemlər üzərindən kadr əməliyyatlarının vaxtında və düzgün icrasını təmin etmək;
• Yeni əməkdaşların adaptasiya (onboarding) prosesini təşkil etmək və izləmək;
• Performans qiymətləndirmə, motivasiya və mükafatlandırma sistemlərinin tətbiqində iştirak etmək;
• Əməkdaşların təlim və inkişaf ehtiyaclarını müəyyənləşdirmək, təlim planlarının hazırlanmasını və icrasını koordinasiya etmək;
• Təşkilati strukturun, ştat cədvəlinin və vəzifə təlimatlarının hazırlanması və yenilənməsində iştirak etmək;
• Kadr məlumat bazasının düzgün formalaşdırılmasını, yenilənməsini və məlumatların məxfiliyini təmin etmək;
• Əməkhaqqı hesablanması üçün zəruri məlumatların hazırlanmasını və aidiyyəti struktur bölmələrlə koordinasiyasını həyata keçirmək;
• Əmək münasibətləri ilə bağlı yaranan məsələlərin və mübahisələrin qanunvericiliyə uyğun həllində iştirak etmək;
• HR göstəricilərini təhlil etmək, aylıq və dövri hesabatları hazırlayaraq rəhbərliyə təqdim etmək;
• HR proseslərinin optimallaşdırılması, rəqəmsallaşdırılması və effektivliyinin artırılması istiqamətində təkliflər hazırlamaq.
İş qrafiki
• Həftə içi 5 gün, saat 09:00–18:00;
• Zərurət yarandıqda şənbə günü – yarım iş günü.
Namizədə tələblər
• Ali təhsil (İnsan resurslarının idarə edilməsi, Biznesin idarə edilməsi, İqtisadiyyat, Maliyyə və ya müvafiq sahələr üzrə);
• İnsan resurslarının idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi;
• Azərbaycan Respublikasının Əmək Məcəlləsi və müvafiq əmək qanunvericiliyi üzrə yaxşı biliklər;
• Kadr inzibatçılığı, işə qəbul, performans idarəetməsi və əmək münasibətləri üzrə praktiki təcrübə;
• ƏMAS və digər elektron kadr sistemləri ilə işləmək bacarığı;
• MS Office proqramlarından, xüsusilə Excel-dən yüksək səviyyədə istifadə bacarığı;
• HR hesabatlarının hazırlanması və əsas HR göstəricilərinin təhlili üzrə biliklər;
• İngilis dili – B2, rus dili – B2 səviyyəsində bilik arzuolunandır.
• Şəxsi keyfiyyətlər və bacarıqlar
• Liderlik və komanda ilə işləmək bacarığı;
• Güclü kommunikasiya və təşkilatçılıq qabiliyyəti;
• Analitik düşüncə və problem həll etmə bacarığı;
• Strateji yanaşma və təşəbbüskarlıq;
• Yüksək məsuliyyətlilik və detallara diqqət;
• Məxfi məlumatlarla işləmək və peşəkar etik prinsiplərə riayət etmək bacarığı;
• Çoxşaxəli tapşırıqları və prioritetləri effektiv idarə etmək;
• Dinamik və yüksək iş tempinə uyğunlaşmaq bacarığı.