Məşhur Biznesmenlərdən Motivasiya

23 aprel, 2017 0 3 707


Məşhur Biznesmenlərdən Motivasiya


“Bacarıqlı insanları işə cəlb edib onlara göstəriş verməyin heç bir mənası yoxdur. Biz bacarıqlı insanları ona görə işə götürürük ki, məhz onlar bizə nə etməli olduğumuzu söyləsinlər”. (Stiv Cobs – Apple şirkətinin yaradıcısı)

“Resursların israfı – böyük günahdır”. (İnqvar Kamprad – “İKEA” şirkətinin qurucusu)

“Əgər siz uğur qazanmaq istəyirsinizsə, o zaman siz biznesi qəlbinizdə bir arzu kimi daşımamalı, onun reallaşması üçün əlinizdən gələni etməlisiniz”. (Tomas Uotson – “İBM” şirkətinin keçmiş rəhbəri)

“Biznes mühitində gəlirin 2 forması vardır: nağd pul və təcrübə. Unutmayın ki, pul qazanmaq üçün ilk növbədə təcrübə əldə etmək lazımdır. (Harold Henin – “İTT Corporation” şirkətinin keçmiş rəhbəri)

“Bugünə qədər edilən hər şeyi daha yaxşı formada etmək mümkündür”. (Henri Ford – “Ford” şirkətinin qurucusu)

“Sizin ən uğursuz müştəriləriniz əslində sizin ən zəngin bilik mənbəyinizdir”. (Bill Qeyts – Microsoft şirkətinin həmtəsisçisi)

“Maliyyə rifahına nail olmaq yolunda edəcəyiniz ən böyük səhv uğurlu ideyaya sahib olduğunuz halda onu gerçəkləşdirmək üçün səy göstərməməyinizdir”. (Donald Tramp – milyarder, külli miqdarda daşınmaz əmlakın sahibi)

“Mən çoxlu pulum olduğu üçün yaxşı əmək haqqı ödəmirəm. Əksinə, yaxşı əmək haqqı ödədiyim üçün mənim çoxlu pulum var”. (Robert Boş – sənaye sahibi, mühəndis və ixtiraçı)

“Uğurlu biznesə aparan yol kreativ düşüncənin məhsulu olan innovasiyalardan keçir”. (Ceyms Hudnayt – “SAS Institute” şirkətinin qurucusu)

“Əgər siz bir işi bacarağınızı düşünürsünüzsə, deməli, bunu bacaracaqsınız. Yox əgər bir işə başlamazdan əvvəl onun öhəsindən gəlməcəyinizi düşünürsünüzsə, deməli, həqiqətən də bunu bacara bilməyəcəksiniz”. (Meri Key Eş – “Mary Kay Cosmetics” şirkətinin qurucusu. Bu xanım XX əsrin ən uğurlu biznes-ledilərindən biri hesab olunur.)

“Məsuliyyət ona görə mövcuddur ki, insanlar hər kəs tərəfindən qəbul edilmiş qaydalar sırasında məntiqli istisnaları görməyi və seçməyi bacarsınlar”. (Eltinq Morison – tarixçi)

“Düzgün qərar təcrübənin nəticəsidir. Təcrübə isə yalnış qərarların yekunudur”. (Uolter Riston – “Citicorp” şirkətinin rəhbəri)

“Biznesin pozulmaz qaydaları vardır: Sözlərin, izahatların və vədlərin heç biri prosesin icrası zamanı yaranan reallığı əvəz edə bilməz”. (Harold Henin - “İTT Corporation” şirkətinin keçmiş rəhbəri)

“Əgər mənim beynimdə minlərlə ideya varsa və onlardan yalnız biri səmərəlidirsə, mən bu nəticədən razıyam”. (Alfred Nobel – böyük biznesmen-sənyeçi)

“Ona tapşırılan işi görməyən şəxslər, eləcə də ona tapşırılan işdən əlavə başqa bir iş görməyən insanlar heç vaxt karyerada zirvəyə yüksələ bilməzlər”. (Endryu Karneqi – multimilyoner)











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Motivasiya.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə