30 yaşına kimi uğur qazanmamış 5 sahibkar

02 iyun, 2018 0 1 482


30 yaşına kimi uğur qazanmamış 5 sahibkar


Bu 5 uğurlu sahibkar güman ki, Böyük Britaniyanın 2-ci dünya müharibəsində baş naziri olmuş Uinston Çörçillin “Əsla, əsla, əsla təslim olma” tövsiyəsinə qulaq asıblar.

Əgər yaşınız 30-dan çoxdursa, müasir startapçıların çox gənc olduqlarına görə, ideyalarınızı həyata keçirmək üçün çox gec qaldığınızı düşünə bilərsiniz. Tez-tez mediada və ya saytlarda milyardlarla dollar sərvət qazanan 20 yaşlarda olan gənc sahibkarların uğur hekayələrini dinləyirik və ya oxuyuruq.

Eyni zamanda 30 yaşa qədər demək olar ki, pulu və ya uğurlu karyerası olmayan və 30 yaşdan sonra həyatlarını dəyişdirən bir işə başlamağı bacaran insanlar əlbəttə var.

Beləliklə, 30 yaşdan sonra uğur əldə etmiş sahibkarların bir neçəsinin hekayəsini təqdim edirik:

1. Tim Westergren

“Pandora”nın təsisçisi Tim Westergren 35 yaşına qədər ona böyük uğur qazandıran işə hələ başlamamışdı. Bəs, o yaşa qədər nə edirdi? Müxtəlif illərdə hippi, uşaq baxıcısı və yarım ştatlı musiqi bəstəkarı olaraq işlədi. 1990-cı illərin sonlarında kinolar üçün musiqi bəstələyirdi.

Lakin, yeni karyerası Tim üçün kifayət qədər pul qazandırmırdı. Buna baxmayaraq, Tim 1990-cı illərin sonunda “Music Genome” proyektinə start verməsi sonralar uğurlu bir ideyanın təməli oldu. 2007-ci ilə qədər “Pandora”nı təsis etməyən Tim 2010-cu ildə “Time” jurnalı tərəfindən dünyanın ən nüfuzlu 100 insanından biri seçildi.

2. Milton Hershey

Xaricdə olanlar və ya “duty-free” alış-veriş edənlər bir şokolad markasının üzərində bu soyadı görə bilərlər. Milton Hershey öz soyadı ilə bağlı şirkəti olan “Hershey”i 37 yaşından sonra təsis etmişdi. Təxminən, 13 yaşlarında ikən Hershey məktəbi buraxaraq şirniyyat sexində işləməyə başladı. Daha sonra, borc alaraq öz şəxsi şirniyyat mağazasını açdı, amma 5 ildən sonra müflis oldu.

26 yaşında ikən “Lacaster Caramel” şirkətini təsis etdi. 1893-cü ildə 37 yaşına çatan Hershey bütün diqqətini südlü şokoladda cəmləşdirdi və beləcə “Hershey Chocolate Company” təsis edildi.

3. Yan Kum

Yan Kum müasir startap tarixinin ən yaxşı uğur hekayələrindən birinə sahibdir. Ukraynada doğulan Kum 16 yaşında ikən anası ilə birlikdə “food stamps” (ABŞ-da tətbiq olunan, aşağı gəlirli ya da hər hansı bir gəliri olmayan insanlara ərzaq almağa köməklik edən federal köməklik proqramıdır) proqramına güvənərək ABŞ-a köçdülər. 18 yaşına çatdığında təhsil aldığı universitetdə kod yazmağı öyrəndi. Lakin, məzun olmadan universiteti tərk etdi.

Sonra, Yan “Yahoo”da işləməyə başladı! Təxminən, 10 il boyunca “Yahoo”da işləyən Yan 30 yaşında işindən ayrılaraq “Whatsapp”ı yaratdı. Bir neçə yanlış başlanğıc və çətinliklərdən sonra ümidsizliyə qapılır. O, hər şeyi atmağa və heç olmasa hər hansı işə düzəlməyə hazır idi, ancaq onu bir az da gözləməyə inandırdılar. Bu zaman onun 32 yaşı var idi. Yaxşı ki, təslim olmadı.

Yan 37 yaşında “Whatsapp”ı “Facebook”a 19 milyard dollara satdı.

4. Cek Ma

“Alibaba”nın təsisçisi Cek Ma-nın olduqca ilham verən bir hekayəsi var. Yoxsul bir ailədə doğulan Ma qabağa getməyin tək yolunun təhsildən keçdiyinə qərar verdi, amma universitetə qəbul imtahanlarında 2 dəfə uğursuz oldu. Sonda 3-cü cəhdində universitetə qəbul olundu.

Müxtəlif şirkətlərdən rədd cavabı alan Ma aylıq 12 dollara İngilis dilini öyrətməyə başladı. 31 yaşında ABŞ-ı ziyarət etdikdən sonra Ma Çində internet şirkətləri üçün böyük bir fürsət olduğunu başa düşdü. Bu sektorda 2 startapı uğursuz oldu. Ancaq, 35 yaşına çatanda investisiya toplamaq üçün bir neçə dostunu yeni “onlayn bazar” fikri ətrafında bir araya gətirdi. Bu ideya bir müddət sonra “Alibaba”ya çevrildi. Cek Ma vaxtı ilə aylıq 12 dollar əmək haqqı alarkən, 2017-ci ilin sonunda sərvəti 46.6 milyard dollar dəyərində idi.

Neçə yaşda olduğunuzun bir önəmi yoxdur. Əgər yaxşı bir ideyanız varsa, bunu həyata keçirə bilmək üçün ehtiyacınız olan resursları əldə edəcək qədər həvəsiniz varsa, hər yaşda uğurlu bir sahibkar ola bilərsiniz.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Moneta.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə