Uğur hər adam üçün fərqli məna kəsb edə bilər. Bəziləri üçün uğur maddiyyatdır və yalnız pul qazanmağa başlayanda uğurlu olduğları hiss edirlər. Bəziləri rəqiblərini məğlub etməyi və özünü sübuta yetirməyi uğur olaraq qəbul edir. Bəziləri isə dünya miqyasında milyonlara səslənməyi uğur olaraq qəbul etməz və buna can atmaz.
Bütün bunlar uğuru bir cümlə ilə ifadə etməyi çətinləşdirir. Ancaq bəzən hədəflərimiz yüksək olanda və ya işlərin pisə doğru getdiyini düşündüyümüz vəziyyətlərdə belə uğur əldə etməyə başlayırıq. Bunun səbəbi uğurlu olduğumuz zaman hər şeyin qüsursuz olacağına inanmağımız, sərhədi olmayan maddi imkanlar əldə edəcəyimizi düşünməyimiz də ola bilər, özümüzü insanlara bəyəndirmə cəhdlərimiz də.
Ancaq böyük uğur qazanan insanlar bilirlər ki, hər kəs sizi bəyənməyəcək, ya da sizinlə eyni fikirdə olmayacaq. Əgər aşağıdakı 3 vəziyyəti həyatınızda müşahidə edirsinizsə, deməli yavaş-yavaş uğura doğru irəliləyirsiniz.
1. Sizə nifrət edənlərin sayı artır
Əgər tanınmağa başlayırsınızsa, şirkətiniz diqqəti cəlb edəcək işlər görürsə, həm sizi sevənlər artacaq, həm də nifrət edənlər. Belə vəziyyətlərdə işlərinizin pis olduğunu fikirləşməyin. Dünyanın ən yaxşı futbolçusundan belə nifrət edən minlərlə adam var. Hər kəsi məmnun etmək mümkün deyil, heç buna ehtiyac da yoxdur.
2. Qapınız tez-tez döyülməyə başlayır
Daha uğurlu işlər gördükcə məşhurluğunuz da artacaq. Bu isə sizin qapınızın tez-tez döyülməsinə səbəb olacaq. Sizinlə bərabər layihə qurmaq istəyənlərin, sizdən təklif alanların sayı da artacaqdır.
3. İş ortaqlarınız artır
Sadəcə sizinlə iş qurmaq istəyənlər deyil, sizin isminizin və imicinizin təsirindən faydalanmaq istəyənlər də olacaq. Sizin sponsorluq etməyiniz bəzi insanlar və qurumlar üçün vacib olmağa başlayacaq və sizə istinad etməkdən qürur duyacaqlar.
Bəlkə də bu 3 maddə uğur üçün müəyyənləşdirdiyinizkriteriyalar arasında olmaya bilər. Ancaq bunlar uğurun ən çox görülən işarələridir. Əgər xəyalında olduğunuz uğura çatmağınıza hələ çox varsa, doğru yolda olduğunuzdan əmin olun.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Gojob.az