Rəhbərsiniz, yoxsa Lider?

23 fevral, 2018 1 1 653


Rəhbərsiniz, yoxsa Lider?


Sizi liderliyə aparan beş taktika

Rəhbərlik və liderlik arasındakı fərqlər həmişə müzakirə mövzusu olmuşdur. Bu iki anlayış arasındaki fərq aşağıdakı kimidir:

Rəhbərlik: Uğur qazanmaq üçün digər insanlara fokuslanan təsirdir.

Liderlik: İnsanın ona inanan insanlara xidmət göstərməsi və onları gücləndirməsidir.

Əgər liderlik mühitində formalaşmamısınızsa, böyük ehtimalla, sadəcə hər hansı bir qrupun rəhbəri ola bilərsiniz. Niyə? Çünki orta məktəblərdə, universitetlərdə və idarəçilik proqramlarında insanlara lider olmağı yox, rəhbər olmağı öyrədirlər. Bunlara baxmayaraq, rəhbər yox, lider olmaq istəyirsinizsə, sizə bu məsələdə kömək edə biləcək aşağıdakı 5 vərdişi mütləq mənimsəməlisiniz:

1. Pulun hər şeyi həll etmədiyini anlayın.

Doğrudur, pul həyatımızın və fəaliyyətimizin əhəmiyyətli bir hissəsini təşkil edir; ancaq buna baxmayaraq, əsas hissəsi deyil. Liderliyin əsas xüsusiyyəti fərdin qarşısına puldan daha dəyərli bir hədəf qoyması və bütün diqqətini həmin hədəfə cəmləşdirməsidir. Sizi uğura aparan fəaliyyətin yeganə ölçüsü puldursa, təəssüf ki heç vaxt lider ola bilməyəcəksiniz.

2. Bəhanələr yaratmaqdan əl çəkin.

Yəqin ki, tez-tez “bir gün üçün 24 saat çox azdır!” kimi narazılıqlarınız olur. Bu isə gününüzün dəyərini bilməməyinizə səbəb olur; beləliklə, müəyyənləşdirdiyiniz hədəfə çata bilmirsiniz. Bəhanələr yaratmayın və işinizə fokuslanın.

3. Sadəcə işləməyin, həm də insanlara nəsə verin.

Buradaki “vermək” feli təkcə maliyyə baxımından anlaşılmamalıdır; söhbət vaxtınızı verməkdən gedir.

Hər hansı bir cəmiyyətə və ya təşkilata üzv olun. Beləliklə, boş vaxtlarınızı tanımadığınız insanlara xidmət etməklə keçirərək, birlikdə işlədiyiniz insanlar üçün vaxt xərcləməyi öyrənəcəksiniz.

4. Başqalarına dediklərinizə özünüz də əməl edin.

Əgər həyat fəlsəfəniz “Dediyimi et, etdiyimi etmə” şüarına əsaslanırsa, liderlik barədə xəyallar qurmayın. Bu yolla komandanızın inamını qazana bilməzsiniz. Ətrafınızda sizin hər addımınızı izləyən və şərh edən insanlar var. Onlar davranış tərzinizdən, yediyiniz yeməyə qədər hər şeyi qiymətləndirirlər. Buna görə də, komanda üzvlərinizə dediklərinizə özünüz də əməl edirsinizsə, onlarla aranızdakı əlaqələrin daha da güclənməsinə şərait yaradacaqsınız.

5. Qəhrəman olmağa çalışmayın

İnsanların tez-tez etdikləri səhvlərdən biri özlərinin hamıdan yaxşı olduqlarını düşünmələridir. Bu isə sizdə qəhrəmanlıq iddiası yarada bilər. Yadda saxlayın, sürətli getmək istəyirsinizsə, tək gedə bilərsiniz, ancaq əgər uzun yola çıxırsınızsa, mütləq kiminləsə getməlisiniz. Beləliklə, lider olmaq üçün başqa insanlara da məsuliyyət verməli, onlara inanmalı və danışmaqdan çox dinləməlisiniz.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Biznesmen.az
Oxşar məqalələr
Şərhlər
Janne23 iyul 2024, 03:04
Wow that was odd. I just wrote an really long comment but
after I clicked submit my comment didn't show up. Grrrr... well I'm not writing all
that over again. Anyways, just wanted to say fantastic blog!


My page; Aly
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə